Accessibility links

Barak Obama Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib


Döyüşçü qüvvələrin İraqdan çıxarılmasına avqust ayının 31-dək möhlət verilib

ABŞ prezidenti Barak Obama bu gün Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib. Cənab Obama deyib ki, sabiq prezidet Corc Buşun elan etdiyi İraqın Azadlıq Əməliyyatı avqust ayının 31-də başa çatdırılacaq. Beləliklə 90 min əsgərdən ibarət qüvvə vətəninə qayıdacaq. İraqda qalacaq 50 min nəfərlik qüvvə İraq əsgərlərinə təlimlər verəcək və əks-terror əməliyyatlarında onlara yardım göstərəcək. ABŞ qüvvələri 2011-ci ilin sonunadək İraqı tamamilə tərk etməlidir. Prezident Obama çıxışını Gorgiya ştatının Atlanta şəhərində əlil müharibə veteranları qarşısında edib.

XS
SM
MD
LG