Accessibility links

Barak Obama:"Amerika əsgərlərin ehtiyaclarını qarşılamalıdır"


ABŞ prezidenti Barak Obama bildirib ki, İraq müharibəsinin başa çatmasından sonra Amerika vətənə qayıdan əsgərlərin ehtiyaclarının qarşılanması kimi bir məsuliyyət qarşısındadır. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı ölkəsinin əsgərləri qarşısındakı öhdəliyinin onun müqəddəs borçu olduğunu deyib. Cənab Obama bildirib ki, onun adminsitrasiyası travmalardan sonrakı stresslərin səbəb olduğu əqli problemlərin müalicəsi məqsədi ilə əlavə ruhi sağlamlıq mütəxəssislərini işə cəlb edir. Prezident federal hökumətin iqtisadi durumun bu çətin vaxtında daha artıq veteranı iş yeri ilə təmin etdiyini bildirib.

XS
SM
MD
LG