Accessibility links

ABŞ fermerlərinin üzləşdiyi çətinliklər [Video]


ABŞ fermerlərinin üzləşdiyi çətinliklər
please wait

No media source currently available

0:00 0:03:03 0:00

ABŞ-ın birja indekslərində rekord dərəcədə artım müşahidə olunduğu və işsizlik səviyyəsinin düşdüyü bir vaxt, amerikalı fermerlər yüksək gübrə və toxum qiymətlərindən əziyyət çəkir. Onların məhsullarına tələbat, eləcə də həmin məhsulların bazar qiyməti isə çox aşağıdır. Bu iqtisadi çətinlik isə təkcə fermerlərə təsir göstərmir.

Hər il baş tutan Kənd Təsərrüfatında İrəliləyiş Şousu dünyanın ən böyük kənd təsərrüfatı sərgisidir. Bu il şou İllinoy ştatının Dekatur kəndində keçirilib. Burada istehsalçılar və təchizatçılar ən son məhsul və avadanlıqlarını nümayiş etdirir.

İqtisadiyyatın fermaya təsiri pisdir. Gəlir əldə etmək olmur. Biz pul itiririk, çünki qarğıdalının istehsal xərcləri Çikaqo Ticarət Şurasınının təyin etdiyi qarğıdalı qiyməti və bizim bazardakı qiymətdən daha yüksəkdir.
Cef Fişer

Tarlada işlərini asanlaşdıracaq alətlər axtaran fermerlər bu sərgiyə gəlir.

Amma fermer Cef Fişer John Deere sərgisindəki alətlərə təkcə baxa bilir.

“Arxamda gördüyünüz bu toxumsəpən maşının qiyməti 250 min dollardır və bu, hələ orta boylu maşındır. O, bu günün standartlarına görə böyük hesab olunmur. Mən toxumsəpən maşın almaq istəyirəm, amma satdığım məhusllarım qiyməti o qədər yüksək deyil ki, mən bu maşını ala bilim”, Fişer deyir.

Fişer ən son yeni avadanlığı beş il bundan öncə alıb, çünki sonuncu dəfə o zaman gəlir əldə edib.

“İqtisadiyyatın fermaya təsiri pisdir. Gəlir əldə etmək olmur. Biz pul itiririk, çünki qarğıdalının istehsal xərcləri Çikaqo Ticarət Şurasınının təyin etdiyi qarğıdalı qiyməti və bizim bazardakı qiymətdən daha yüksəkdir”, o deyir.

ABŞ-ın kənd təsərrüfatı nazirliyi 2016-cı ildə fermerlərin orta gəlirinin 2009-cu ildən bəri ən aşağı səviyyədə olduğunu açıqlayıb, lakin nazirlik 2017-ci ildə artımın müşahidə ediləcəyini proqnozlaşdırır. Amma ABŞ fermalarının üzləşdiyi çətinliklər təkcə kənd təsərrüfatı sənayesinə ziyan vurmayıb.

“Avadanlıq İstehsalçıları Assosiasiyası ferma avadanlıqlarının satışı ilə bağlı heç də ürəkaçıcı olmayan göstəriciləri və bu göstəricilərin Caterpillar və Deere şirkətlərinə olan mənfi təsirini açıqlayıb”, deyə Tamara Nelsen bildirir.

Tamara Nelsen İllinoy Ferma Bürosunun baş direktorudur. O deyir ki, avadanlıqların satışında azalma Fişer kimi fermerlərin yeni avadanlıq almalarından asılı olan istehsal sahəsindəki işçilərə də təsir göstərir.

“Əgər fermerin bunu almağa imkanı yoxdursa, bu o deməkdir ki, bu avadanlığı düzəldənlər, onun istehsaında istifadə olunan poladı istehsal edən və digər hissələri düzəldən işçilərin də işi olmayacaq. Yəni, fermerlərin də istehsalçılar kimi yaxşı bazara ehtiyacı var”, Nelsen söyləyir.

“Bizim ən böyük narahatlığımız özümüzü gələn ilə çatdırmaqdır”, deyə fermer Mark Bremer bildirir.

Mark Bremer İllinoy ştatının cənubunda yerləşən fermasında qarğıdalı və soya yetişdirir və mal-qara saxlayır. Fişer kimi o da, köhnə avadanlıqdan istifadə edərək çörək pulu qazanır.

“Biz yeni avadanlıq, yeni texnologiya almaq istərdik, amma həmin texnologiyalar çox bahalıdır”, o deyir.

Yağışın yağıb-yağmayacağı bəlli deyil, qiymətlərə qarantiya yoxdur, məhsul toplayacağımıza dair də heç bir qarantiya yoxdur. Bu səbəbdən də biz davamlı olaraq çətinlik çəkirik.
Mark Bremer

Bremer yeni avadanlıq almağa nə zaman imkanının yetəcəyini bilmir. O həm də, yağışın kifayət qədər yağmaması səbəbilə məhsul həcminin azalacağından da narahatdır.

“Yağışın yağıb-yağmayacağı bəlli deyil, qiymətlərə qarantiya yoxdur, məhsul toplayacağımıza dair də heç bir qarantiya yoxdur. Bu səbəbdən də biz davamlı olaraq çətinlik çəkirik”, o deyir.

Gələn ilin daha yaxşı keçəcəyinə zəmanət verilmir. Buna baxmayaraq isə Ceff Fişerin hələ də ümidi var.

“Biz artıq ən piss həddəyik, ümid edirəm vəziyyət bundan da pis olmayacaq”, Fişer söyləyir.

Amma iki həftə sonra fermerlər üçün ən vacib dövr başlayır – bu da bu ilki qarğıdalı və soyanı toplamaq zamanıdır.

XS
SM
MD
LG