Accessibility links

Efiopiyanın baş naziri istefa verib


Efiopiyanın baş naziri ölkəndəki siyasi iğtişaşları azaltmağa yönəlmiş islahatların aparılması məqsədi ilə istefa verdiyini açıqlayıb.

Hailemariam Desalegn həm baş nazir, həm də hakim partiya EPRDF koalisiyasının sədri kimi istefasını bəyan edib. O ümid edir ki, parlament onun bu qərarını dəstəkləyib, istefasını qəbul edəcək.

Hökumət siyasi gərginliyi azaltmaq üçün son bir neçə həftə ərzində əksəriyyəti terrorizmdə ittiham olunan yüzlərlə məhbusu azad edib.

2016-cı ildə cənubi Oromia regionunda hökümət əleyhinə başlanan etiraz aksiyalarından bu yana Efiopiyada siyasi narahatlıqlar səngimək bilmir. Hökümətin bir çox rəsmi şəxsləri ölkədə fövqəladə vəziyyətin elan edilməsini tələb edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG