Accessibility links

Bayden İraqın Baş nazirini qəbul edir


ABŞ Prezidenti Co Bayden bazar ertəsi Ağ Evdə İraq Baş naziri Mustafa Əl-Kadimini qəbul edir və ABŞ əsgərlərinin İraqdakı gələcəyinin müzakirə mövzusu olacağı gözlənilir.

İraq Xarici İşlər Naziri Fuad Hüseyin ötən həftə Amerikanın Səsinin Kürd Xidmətinə verdiyi açıqlamada iki tərəfin ABŞ-ın İraqdakı döyüş missiyasına son qoyulması barədə razılığa gəlmələrini gözlədiyini bildirib.

ABŞ-ın 2014-cü ildə İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya səyləri çərçivəsində İraqda ABŞ-ın təxminən 2500 əsgəri yerləşdirilib.

İki ölkə aprel ayında İraq təhlükəsizlik qüvvələrinə kömək məqsədilə təlim və məsləhətçi rollarına diqqət yetirərək, Amerika əsgərlərinin missiyasını dəyişdirmək barədə razılığa gəlib, lakin bunun tamamlaması üçün vaxt qoymayıb.

İraq 2017-ci ildə İslam Dövləti qrupunun militantları üzərində qələbə çaldığını elan edib. Bununla belə, qrup keçən həftə İraqdakı bir bazarda ən azı 30 nəfərin ölümü ilə nəticələnən intihar hücumu təşkil edərək bölgədəki mövcudluğunu saxlaya bilib.

"Məqsəd İŞİD-in davamlı məğlubiyyətidir" - deyə, Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib. "Bərpa olmaq istədikləri üçün bu şəbəkələrə təzyiq göstərməyə davam etməli olduğunuzu başa düşürük, ancaq ABŞ və koalisiya qüvvələrinin rolu təlimlər, məsləhətlər vermək, məlumatları paylaşmaq və logistika məsələlərində kömək etmək kimi arxa plana keçə bilər" - deyə, o əlavə edib.

Bazar ertəsi günü görüş ABŞ-ın İraqdakı hərbi mövqelərinə hücumların davam etdiyi fonda baş verir. ABŞ bu hücumlarda İranla əlaqəli qüvvələri günahlandırır. İyulun 24-də İran tərəfdarı qruplaşma komandiri bəyanat yayaraq, ölkə daxilindəki ABŞ qüvvələrinə hücumla təhdid edib və qoşunların geri çəkilməsinə çağırıb. Şənbə günü bir pilotsuz təyyarənin hücumu İraq Kürdüstanında Amerika qoşunlarına ev sahibliyi edən hərbi bazaya düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG