Accessibility links

Baydenin itləri aqressiv davranış insidentindən sonra Delaverdəki evinə göndərilib


ABŞ Prezidenti Ço Baydenin iki itinin Ağ Evin təhlükəsizlik işçisinə qarşı təcavüzkar davranışından sonra Delaverdəki evinə geri göndərildiyi bildirilib.

ABŞ-ın CNN xəbər agenliyi bazar ertəsi günü itlərdən biri- Meycorun təhlükəsizlik işçisini dişlədiyini bildirib. Dişləmə yarasının nə qədər ciddi olduğu barədə heç bir məlumat verilməyib. Ancaq çox güman ki, işçilər itlərin Ağ Evdən və onun ərazisindən çıxarılmasını lazım biliblər.

3 yaşlı Meycor Baydenin iki alman çoban itlərinin kiçiyidir. O, Delaver heyvan sığınacağından götürülüb.

Mənbələr CNN-ə bildirib ki, it tullanma, hürüş və “bəzi işçilərə qarşı hücum” da daxil olmaqla, “həyəcanlı” davranış nümayiş etdirirdi.

Ağ Evdən bir şərh olmaq mümkün olmayıb.

Digər it- Çempion azı 13 yaşında olduğu üçün daha sakitdir.

Hər ikisi də Ağ Evdə yaşayan ilk xilasetmə itləridir.

Müsahibələrinin birinci xanım Cill Bayden itlərin Ağ Evə alışmasının vaxt aldığını bildirmişdi. O, itlərinin "hər yerdə qaçmağa" meylli olduqlarını söyləmişdi.

İtlərin Delaverə aparıldığını təsdiqləyən CNN mənbələri birinci xanım şəhərdə olmadıqda heyvanların “baxıcılar” ilə qalmasının qeyri-adi bir şey olmadığını bildirib.

Çill Bayden bazar ertəsi günü Vaşinqton və Kaliforniya ştatlarına iki günlük səfərə yola düşüb.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG