Accessibility links

Baydenin debüt etdiyi Böyük Yeddilər qrupu COVID-19 və xarici ticarət məsələlərini müzakirə edib 


Dünya iqtisadiyyatının təxminən yarısına nəzarət edən Böyük Yeddilər Qrupunun liderləri cümə günü COVID-19 pandemiyasından sonra iqtisadiyyatı və sərbəst ticarət vasitəsilə bərpa etmək, eləcə də Çinin "bazar yönümlü olmayan" siyasəti ilə mübarizə aparmağın yollarını müzakirə ediblər.

ABŞ Prezidenti Co Bayden və İtaliyanın Baş naziri Mario Dragi sammitdə debüt ediblər. G-7 sammitinə Britaniyanın Baş naziri Boris Consonun rəhbərlik edib.

Liderlər gələcəkdə baş verə biləcək növbəti pandemiyaya qarşı mübarizəyə, o cümlədən qlobal səhyyiyə məsələsində güclü əməkdaşlığa çağırış ediblər, lakin diqqəti yaşıl bərpaya yönəldiblər.

Bu arada isə ABŞ G-7 sammiti ilə eyni gün rəsmi olaraq Paris İqlim Sazişinə geri dönüb.

İclasın açılışında çıxış edən Conson bildirib ki, "Pandemiyadan sonra bizə iş yerləri və iqtisadi artım lazım olacaq".

Facebook-un Avstraliyada xəbər məzmunlu məlumatların paylaşılmasına gətirilən qadağaya diqqət çəkən Fransa prezidenti Emmanuel Makron sosial media platformalarının söz azadlığının qorunmasında rolunu və tənzimləməsi məsələsini gündəmə gətirib. Bu barədə cümə günü Fransa rəsmisi xəbər verib.

Böyük Yeddilər həmçinin Yaponiyanın bu yay Tokioda 2020 Olimpiya və Paralimpiya oyunlarının keçirmək vədini dəstəkləyiblər.

Çin məsələsində isə liderlər "bazara yönəlməmiş siyasət və addımları həll etmək üçün kollektiv yanaşmalar barədə bir-birləri ilə məsləhətləşəcəklərini" bildiriblər.

But the tone of the G-7 was distinctly cooperative and collective — as Biden tried to project a message of re-engagement with the world and with global institutions after four years of Donald Trump's "America First" policies.

Bununla belə bu dəfəki sammit açıq şəkildə iş birliyi və kollektiv əməkdaşlığı dəstəkləyən tonda keçib. Co Bayden sələfinin dörd il yürütdüyü, "Amerika Birincidir"-dir siyasətindən sonra dünya və qlobal qurumlarla yenidən əlaqə qurmaq mesajını verməyə çalışıb.

"Mikrofonu söndür Angela"

Hətta Böyük Yeddilərin görüşü belə COVID-19 qapanmalarından sonra aylardır evdən fəaliyyət göstərən müəssisə və ailələrin video zənglərdə yaşadığı eyni problemlə qarşılaşıb.

Belə ki, Conson iclasa başlamağa çalışarkən sistemdəki bir almandilli səs onun sözünü kəsib. Bundan sonra "Bizi eşidirsənmi Angela" deyən Conson Merkelə kinayəli gülüşlə müraciət edərək "Düşünürəm ki, mikrofonu bağlamalısan" deyib.

Conson sammit vaxtə təkcə Merkel deyil Co Baydenl də zarafat edib. Belə ki, o Baydeni "Birlikdə Yenidən Quraq" şüarını ondan "oğurlamaqda" "ittiham" edib. Amma bunun ardınca bu şüarı çox güman ki, özünün də başqa bir yerdən oğurlandığını deyib.

Mikrofon problemi bitdikdən sonra liderlər yoxsul ölkələr üçün koronavirus peyvəndi çatdırma proqramı olan COVAX-a milyardlarla dollar ianə etməyi vəd ediblər.

"COVID-19 dünyanın qlobal sağlamlıq təhlükəsizliyi üçün gələcək risklərə qarşı daha güclü müdafiəyə ehtiyac olduğunu göstərir" deyə Böyük Yeddilik liderləri bildirib. Həmçinin "İş yerlərini qorumaq, güclü, davamlı, balanslı və əhatəli bir bərpa planını həyata keçirmək üçün iqtisadiyyatımızı dəstəkləməyə davam edəcəyik" deyə bildirilib.

Bayden Çini ABŞ-ın "ən ciddi rəqibi" olaraq elan etsə də, sammitdə Çinin adı cəmi bir dəfə çəkilib.

XS
SM
MD
LG