Rusiya prezidenti Vladimir Putin və Çin lideri Şi Tsinpin cümə günü 2022-ci il Pekin Olimpiadasının açılış mərasimi ərəfəsində görüş keçirib. Görüş zamanı liderlər ABŞ-ın təsirinə qarşı mübarizə aparmaq üçün sıx əməkdaşlıq etməyə söz veriblər.
Rəsmi Pekinin bildirdiyinə görə, iki lider arasında sayca 38-ci olan bu görüş iki ölkənin ABŞ-la münasibətlərin gərginləşməsi fonunda bir-biri ilə daha yaxın əlaqələr qurduğunun sübutudur.
Görüş Rusiya ilə Qərb arasında Ukrayna ətrafında yaranmış gərginliyin artdığı bir dönəmə təsadüf edir.
Çinin, xüsusilə də zorakılıqlar Pekin Olimpiadası keçirildiyi bir vaxta təsadüf etsə, Ukrayna məsələsində Rusiyanı nə qədər dəstəkləməyə hazır olduğu aydın deyil.
Putin və Şinin görüşündən sonra yayılan birgə bəyənatda Ukrayna məsələsinə toxunulmasa da, sənəddə göstərilir ki, hər iki ölkə NATO-nun genişlənməsinə qarşıdır və alyansı "Soyuq Müharibə" yanaşmasına son qoymağa çağırır.
Uzun və genişmiqyaslı bəyanatda Rusiya Çinin Tayvanla bağlı mövqeyini dəstəklədiyini təsdiqləyir, adanın “Çinin ayrılmaz hissəsi” olduğunu və Tayvanın müstəqilliyinə “istənilən formada” qarşı çıxdığını bildirib.
Çin rəsmiləri bu yaxınlarda Vaşinqtona xəbərdarlıq ediblər ki, ABŞ-ın Tayvana dəstəyi iki ölkə arasında müharibə ilə nəticələnə bilər.
Verilən bəyənatda Putin və Şi həmçinin “xarici qüvvələrin onların ortaq qonşu regionlarında təhlükəsizlik və sabitliyi pozmaq cəhdləri” də pisləyib. Sözügedən bölgələrin dəqiq adları çəkilməsə də, iki tərəfin bu sahələrdə “əməkdaşlığı artırmağa” söz verdiyi göstərilir.
Cümə günü keçirilən görüş zamanı Putin Rusiyanın Uzaq Şərqindən Çinə ildə 10 milyard kubmetr qaz tədarük etmək üçün yeni müqaviləni elan edib. Rusiya rəsmiləri əvvəlcədən səfər zamanı 15-dən çox müqavilənin imzalana biləcəyini bildirmişdi.
2021-ci ildə iki ölkə ikitərəfli ticarətdə rekord qıraraq 146 milyard dollar dəyərində ticarət həyata keçiriblər. Putin cümə günü Şiyə deyib ki, ikitərəfli ticarətin tezliklə 200 milyard dollara çatacağına əmindir.
Çin dövlət mediasının bildirdiyinə görə, bir ildən uzun bir müddətdən sonra ilk dəfə bir dünya lideri ilə ilk təkbətək görüşünü keçirən Şi Putinə bu görüşün onlar arasındakı əlaqələrə daha çox canlılıq gətirəcəyini deyib.
Rusiya və Çin rəsmi müttəfiqliyi bölüşməsələr də, hər iki ölkə son illərdə ABŞ-ın nüfuzuna qarşı mübarizə apararmaqla daha da yaxınlaşıb.
Moskva Ukrayna ilə sərhəddə 100 000-dən çox hərbi qüvvə toplasa da, Çin Rusiyanı dəstəkləməkdə daha səs-küylü olub və bu, münaqişə qorxusunu artırıb. Rusiya Ukraynanın NATO-ya qoşulmamasını tələb edir və hərbi alyansın Şərqi Avropadan qoşunlarını geri çəkməsini istəyir.