Accessibility links

Belçikada koronavirusdan ilk ölüm hadisəsi olub


Belçika rəsmiləri olkədə ilk ölüm hadisəsindən sonra koronavirusla bağlı şübhəli halları yoxlamaq məqsədilə çərşənbə günü 3000-dən çox insanın olduğu kruiz gəmisini Zibbruq limanında saxlayıb.

Vest Flanders vilayətinin qubernatoru Karl Dekaluv Reuters xəbər agentliyinə virusa yoluxmuş bir nəfərlə təmasda olan və hazırda karantində olan iki sərnişinə görə qalan sərnişinlərin gəmini tərk etməsinə icazə verilmədiyini deyib.

Onun dediyinə görə, sərnişinlərin gəmini tərk etməsinin təhlükəsiz olub-olmadığını əvvəlcə həkimlər qiymətləndirməlidir. 2500 sərnişini və 640 ekipaj üzvü olan İtaliya bayraqlı `Aidamar` gəmisi Zibbruqa çərşənbə günü erkən çatıb.

Əsasən Almaniyadan olan sərnişinləri Hamburg, Sautempton, Le-Havre, Zibburq və Rotterdamda yeddi günlük kruiz səfərinə çıxaran gəmi Carnival Corp. şirkətinə məxsusdur.

Ölkənin başqa bir yerində 90 yaşlı belçikalı qadın ilk koronavirusa yoluxaraq ölən ilk şəxs olub.

Ölüm hadisəsi haqda Tvitter səhifəsində məlumat verən Belçikanın baş naziri Sofi Vilmes müvəqqəti hökumətinin virusun yayılması, eləcə də 1000-dən çox insanın olduğu qapalı tədbirlərin qadağan olunması üzrə tədbirlər görüldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG