Accessibility links

Belçikada NİDA fəallarına dəstək aksiyası keçirilib


Belçikada NİDA fəallarına dəstək aksiyası olub

Dekabrın 25-də Belçikada azərbaycanlı siyasi mühacirlərin yaratdığı Beynəlxalq İnsan Hüquqları Təşkilatının təşəbbüsü ilə “Sint Ursula” İnstitutunda gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirilib.

Təşkilatın vitse-prezidenti Həcər Abbasovanın Turan-a verdiyi məlumata görə, ali məktəbin prorektoru Petra Van Den Broeck tələbələr qarşısında çıxış edərək, Azərbaycanda siyasi motivlərlə həbs edilmiş gənc fəallar haqqında məlumat verib, onların həbs olunmasının səbəbləri barədə danışıb.

"Bu gənclər narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər, amma əsl səbəb Heydər Əliyevin abidəsində şüar yazmalarıdır", deyə prorektor qeyd edib.

Ali məktəbin üzərində fəalların şəkilləri olan köynəklər geyinmiş tələbələri Məmmədov və İbrahimova həsr olunmuş mahnı ifa ediblər.

Abbasovanın sözlərinə görə, təşkilat digər siyasi məhbusları müdafiə aksiyaları da planlaşdırır.

XS
SM
MD
LG