Accessibility links

Benyamin Netanyahu Azərbaycana rəsmi səfərə gələcək


Benyamin Netanyahu
Benyamin Netanyahu

Dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfərə gələcək.

Turan agentliyinin məlumatına görə, nümayəndə heyətinin tərkibi 30 nəfərə yaxındır. Baş nazir Bakıda cəmi bir neçə saat keçirəcək və elə həmin gün axşam prezident İlham Əliyevlə görüşdən sonra Astanaya yola düşəcək. Hər hansı sənədlərin imzalanacağı haqqında məlumat verilmir.

Astanada səfər proqramı genişdir - Nazarbayevlə iki görüş (təkbətək və nümayəndə heyətinin iştirakı ilə), habelə Senat sədri Kasım Jomart Tokayevlə ayrı görüş.

İkinci görüş dekabrın 14-də biznes forumu çərçivəsində keçiriləcək. Bunun üçün İsraildən kənd təsərrüfatı, tibb, təhlükəsizlik, energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 70-ə yaxın biznesmen gələcək. Qazaxıstanda Netanyahu iki gün qalacaq.

XS
SM
MD
LG