Accessibility links

Berlində minlərlə insan koronavirus məhdudiyyətlərinin əleyhinə yürüş keçirir


Berlində şənbə günü minlərlə insan Almaniyada koronavirusla mübarizə məqsədilə tətbiq olunan tədbirlərə etiraz etmək məqsədilə yürüş keçirib. Onlar bu tədbirlərin insanların haqları və azadlıqlarını pozduğunu deyirlər.

Polis yürüşdə 17 min nəfərin iştirak etdiyini təxmin edir. Onlar arasında libertarlar, konstitusion loyalistlər və anti-vaksin fəalları olub. Bundan əlavə onlar arasınıda Almaniyanın qara, ağ və qırmızı imperial bayrağını daşıyan ultra-sağçı fəallardan ibarət kiçik bir qrup da olub.

Etirazçılar rəqs edib və Queen qrupunun “We Will Rock You” mahnısının sədaları altında “Biz azad insanlarıq” oxuyublar. Digərləri isə əllərində üzərində “Siz bizim azadlığımızı əlimizdən aldığınız üçün biz səs çıxarırıq” və “Düşünməyin! Maska taxmayın!” yazılan plakatlar nümayiş etdiblər.

“Biz demokratiyaya geri dönməyi tələb edirik” – deyə, adını açıqlamaq istəməyən etirazçı bildirib. “Bizi əsarət altına salan maskadan qurtulmalıyıq,”o deyib.

Etirazlar Ştutqartda bənzər aksiyalar təşkil edən sahibkar və siyasi outsayder Mayk Bolveqin çağırışlarına cavab olaraq keçirilib. Bolveq Ştutqartın meri vəzifəsinə namizədliyini irəli sürüb.

Polis yürüş iştirakçılarının maska taxmalarını və bir-biriləri ilə məsafə saxlamalarını təmin etmədiyi üçün yürüşün təşkilatçısını məhkəməyə verib. Siyasətçilər də etirazçıları tənqid edib və Sosial Demokratlar partiyasının lideri Saskia Esken onları “kovidiotlar” adlandırıb.

“Onlar bizim sağlamlığımızı, pandemiyaya qarşı əldə etdiyimiz uğurları təhlükəyə atırlar,” o deyib.

Almaniya ilk başda pandemiyanın qarşısını almaqda müvəffəq olsa da, ölkədə yoluxmaların sayl yenidən artır. Almaniya boyu 200000 insan COVID-19-a yoluxub, 1000-ə yaxın insan ölüb.

Almaniyada əksər insanlar mağazalarda maska taxmaq kimi tədbirlərə hörmətlə yanaşır. İndi is hökümət yüksək-riskli bölgələrdə tətildən qayıdan insanlara testdən keçmək məcburiyyəti tətbiq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG