Accessibility links

Azərbaycan İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Respublikası İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyininmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Mövcud vəziyyətin İspaniya Krallığının konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq.

Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq ölkənin konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir”, o qeyd edib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Mətbuat xidmətinin rəhbəri xatırladıb ki,Azərbaycan Respublikası artıq 30 ilə yaxındır ölkənin ərazi bütövlüyünün pozulması cəhdlərindənəziyyət çəkir.

“İyriminci əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi və işğal edilmiş ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir”, Hacıyev deyib.

XS
SM
MD
LG