Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağda humanitar missiyalarla bağlı müzakirələr aparıb


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jila Karbonyen

Oktyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jila Karbonyenin görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı humanitar missiyasının həyata keçirilməsilə bağlı məsələlərə toxunulub.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin axtarışı məsələsində fəaliyyətini gücləndirməyə çağırıb.

O, həmçinin Qızıl Xaç əməkdaşlarını "müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə səfərləri Ermənistan ərazisindən yox, yalnız Azərbaycan ərazisindən həyata keçirməyə" çağırıb.

Görüşdə Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin Suriya, İraq və Yaxın Şərqin digər ölkələrindən qayıtması məsələlərinə də toxunulub.

Qarabağda humanitar missiyaların həyata keçirilməsi mövzusu son günlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərliyi tərəfindən Moskva və Yerevanda da müzakirə edilib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlər zamanı 5 nəfərin itkin düşdüyünü bildirib.

Ermənistan rəsmi mənbələri isə son döyüşlərdə bir neçə min hərbiçisinin itkin düşdüyün bildirib. Onlardan artıq 1600-dən çoxunun cəsədi tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra, 2020-ci il sentyabrın 27-dək hər iki tərəfin ümumi itkiləri 30000 insan olub. 4500 insan isə itkin sayılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, hazırda Azərbaycan tərəfdən ümumilikdə 3890 nəfər itkin sayılır.

Rəsmi məlumatlara görə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı isə hər iki tərəfdən 7 mindən çox insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG