Accessibility links

Beyonse karyera muzasının pop ulduzu Madonna olduğunu deyib


Dünyanı kim idarə edir? Beyonse öz aləmində imperatriçə ola bilər. Amma “Single Lades” mahnısının ifaçısı musiqi sahəsində başqa bir kraliçadan ilham aldığını açıqlayıb. 32 yaşlı müğənni pərəstişkarlarına karyera muzasının pop ulduzu Madonna olduğunu deyib. Yeni visual albomu “Crazy In Love” klipinin çəkilişlərində Bey Madonnanın yolu ilə getmək istədiyini, aktiv olmaq və özünün imperiyasını yaratmaq istədiyini deyib.

Nyu-Yorkda Təsviri İncəsənət Məktəbində keçirilən mərasimdə şəffaf geyimdə və dikdaban ayaqqabısı ilə qiyamət görünürdü. Yeni albomunun işıq üzü görməsini qeyd etdiyi mərasimdə gözəl bədənini nümayiş etdirən müğənni olduqca füsünkar idi. Görünür onun arzusu artıq yerinə yetməyə başlayıb. Beyonsenin pərəstiş etdiyi Madonna onun bu yaxınlarda Bruklində keçirdiyi şousunda iştirak edib və Beyonse Madonnanın 8 yaşlı qızı Mersinin üzündən öpüb.
XS
SM
MD
LG