Accessibility links

Bayden portretləri təqdim etmək üçün Obamaları Ağ Evdə qəbul edəcək


Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obama Ağ Evdə, 24 noybar, 2015.
Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obama Ağ Evdə, 24 noybar, 2015.

ABŞ Prezidenti Co Bayden çərşənbə günü keçmiş prezident Barak Obama və birinci xanım Mişel Obamanı Ağ Evdə keçiriləcək rəsmi portretlərin açılış mərasimində qəbul etməyə hazırlaşır.

Ənənəyə görə, hazırkı ABŞ prezidentləri Ağ Evin kolleksiyasına yeni portret əlavə edildikdə öz sələflərini qəbul edirlər.

Keçmiş Prezident Donald Tramp səlahiyyət müddətində bu təcrübəni davam etdirməmiş, Obamanın portretlərinin açılışı onun hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışmış Baydenə həvalə edilmişdir.

Ağ Ev kolleksiyasına ölkənin ilk lideri, Prezident Corc Vaşinqtonla başlayaraq, o vaxtdan bəri hər bir prezidentin portreti daxildir. Prezidentlərin portretlərinin çoxu Ağ Evin dəhlizləri və otaqlarında nümayiş etdirilir.

Portretləri 1965-ci ildən maliyyələşdirən Ağ Ev Tarixi Assosiasiyasının dediyinə görə, son liderlər və birinci xanımlar portretlərini çəkəcək rəssamları vəzifədən getməzdən əvvəl seçir və sonra kolleksiyaya əlavə edilməzdən əvvəl əsərləri təsdiqləyirlər.

“Portretləri çəkən rəssamlar hər bir unikal görünüşü və şəxsiyyəti əks etdirməklə, bu ayrı-ayrı sənət əsərləri vasitəsilə prezidentlik tariximizi bir araya gətirməyə çalışır” - deyə, assosiasiyanın veb səhifəsində bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG