İyulun 15-də Ağ Ev bildirib ki, cümə günü səhər prezident Bayden Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb. Press-relizdə deyilir ki, Co Bayden "Fələstin və Amerika xalqları” arasında əlaqələrin vacibliyini qeyd edib və qarşılıqlı razılaşma ilə təsdiq edilmiş ərazi düzəlişləri şərti ilə iki dövlətin - İsrail və Fələstin dövlətinin mövcudluğu istəyinə sadiq qaldığını vurğulayıb".
Prezident Bayden həmçinin, "İsrail Dövlətinə bitişik müstəqil, suveren, təhlükəsiz şəkildə mövcud ola bilən Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq və tanınması iki xalqa sülh və sabitlik şəraitində yan-yana yaşamağa imkan verəcək birbaşa danışıqların vacibliyini vurğulayıb".
"Görüş zamanı Prezident Bayden ABŞ-ın Fələstin xalqına dəstək üçün həyata keçirdiyi bir sıra təşəbbüsləri qeyd edib. Prezident Bayden həmçinin Fələstin xalqına kömək etmək üçün regional hökumətləri və qlobal ictimaiyyəti necə cəlb etməyi müzakirə edib. Hər iki lider bir daha təsdiqləyiblər ki, fələstinlilər və israillilər bərabər azadlıq, təhlükəsizlik, firavanlıq və demokratiyadan istifadə etməyə layiqdirlər. Prezident Bayden Fələstin xalqının ləyaqətlə və [inkişaf üçün] imkanlarla yaşamağa, sərbəst hərəkət etməyə və səyahət etməyə, özlərini təhlükəsiz hiss edə biləcəkləri yerlərdə yaşamağa və övladlarına zamanı gəldiyində onların da qonşuları kimi azadlıqlar və öz müqəddəratını təyinetmə imkanına sahib olmağa ümid verməyə layiq olduğuna dair əminliyini ifadə edib.
Prezident Bayden Prezident Abbasa bildirib ki, danışıqlara şərait yaratmaq üçün hər iki tərəfin birtərəfli hərəkətlərdən çəkinməsi vacibdir. O xatırladıb ki, ABŞ-ın mövqeyinə görə, Qüds İsrailin paytaxtıdır və ABŞ-ın siyasəti bundan sonra da ona əsaslanacaq ki, Qüdsdə konkret suveren sərhədlər məsələsi İsrail və fələstinlilər arasında danışıqlar yolu ilə yekun statusla həll olunmalıdır.