Accessibility links

Bayden: ABŞ husilərin hücumları ilə bağlı İrana şəxsi mesaj göndərib


ABŞ Prezidenti Co Bayden şənbə günü bildirib ki, Birləşmiş Ştatlar İrana Qırmızı dənizdə kommersiya gəmilərinə hücumlara görə məsuliyyət daşıyan İranın dəstəklədiyi husilərlə bağlı şəxsi mesaj göndərib.

“Biz onu özəl olaraq çatdırdıq və yaxşı hazırlaşdığımıza əminik,” Bayden həftə sonu Kemp Deviddə prezidentllərin tətil iqamətgahına yola düşmədən əvvəl Ağ Evdə jurnalistlərə deyib.

Birləşmiş Ştatlar ötən gecə Yəmənə əlavə zərbələr endirəndən sonra Husi hərəkatı “güclü və effektiv cavab”la hədələyib. Vaşinqton gəmiləri İranla əlaqə olan qrupun hücumlarından qorumağa söz verdiyi bir vaxtda, gərginlik daha da artırıb.

ABŞ-ın sözlərinə görə, radar sahəsinə endirilən son zərbə ABŞ və Britaniyanın Yəməndə husilərin obyektlərinə onlarla hücumundan bir gün sonraya təsadüf edir.

Ağ Evin sözçüsü Con Kirbi cümə günü deyib ki, ilkin zərbələr husilərin gəmiləri təhdid etmək üçün istifadə etdiyi dronlar və ya raketləri saxlamaq, atmaq və ya idarə etmək qabimiliyyətinə ziyan vurub.

O deyib ki, Vaşiqnton Yəmənlə müharibədə maraqlı deyil.

2021-ci ildə administrasiyası husiləri Dövlət Departamentinin “xarici terror təşkilatı” siyahısından çıxaran Baydenə cümə günü müxbirlər “terrorçu” sözünün indi bu hərəkatı təsvir edib-etmədiyinə dair sual ünvanlayıb. Bayden “Məncə elədirlər,” deyə cavab verib.

Forum

XS
SM
MD
LG