Accessibility links

Bir qrup fəal meşələrin qırılmasına etiraz olaraq aksiya keçirib


Bu gün, iyulun 6-da meşə qırılmasına etiraz olaraq bir qrup fəal Ekologiya və Təbii Sərvətlər Nazirliynin qarşısında aksiya keçirib. Fəallar nazir Muxtar Babayevlə görüş tələb edib. Lakin nazir Muxtar Babayev fəalları qəbul etməyib.

Polis aksiyaya müdaxilə etməyib.

“Cənab nazir bizimlə görüşmədi. İlk öncə məşğul olduğunu sonra isə karantin şərtlərini əsas gətirdilər. Digər vəzifəli şəxslərlə görüşdən imtina etdik. Tələblərimizi nazirə çatdırması üçün vəzifəli şəxsə verdik. Nazirlə online görüş təşkil edəcəklərini dedilər. Meşə qırğınları tam dayanana qədər aksiyamız davam edəck,” Ecofront qeyri-hökumət təşkilatı bildirib.

Təşkilat Facebook səhifəsində yazır ki, son illər meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə uzunmüddətli (49 ilədək) icarəyə verilərək məhv edilməsi prosesindən narahatdırlar.

“Bu halın davam etməsini qəbuledilməz hesab edirik. Prosesin miqyası və sürəti, qeyri-şəffaf baş verməsi, müqavilələrlə bağlı ictimaiyyətə detallı məlumatın verilməməsi və davamlı olaraq ikrah doğuran yalan açıqlamaların verilməsi bizdə qəzəb doğurur,” Ekofont qeyd edir.

Aksiya iştirakçıları aşağıdakı tələblərlə çıxış edib:

- Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə Beta Tea Azerbaijan şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməli, meşəyə dəymiş ziyan hesablanmalı və adekvat cəza tədbirləri görülməlidir.

- Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələr üzrə kürünmə işləri dayandırılmalıdır.

- Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələrin mətni və xəritələri ictimaiyyətə açıq olmalıdır.

- İctimai iştirakçılığın təmin edildiyi işçi qrup yaradılmalı və bütün müqavilələrə yenidən baxılmalı, qanuna müvafiq olaraq 5 hektardan böyük ərazilərdə “meşəbərpa məqsədi ilə” verilmiş icarə müqavilələrində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi işləri aparılmalıdır. Müqavilə şərtlərini pozan və kolluqlar da daxil olmaqla, meşə bitkiləri ilə örtülü əraziləri məhv etmiş müqavilələrə xitam verilməli, dəymiş ziyan hesablanmalı və qanuna müvafiq cəza tədbirləri görülməlidir.

- Müqaviləsinə xitam verilmiş ərazilərdə meşə bərpa tədbirləri görülməli, yəni yerli meşə cinsli ağaclar əkilməlidir, mer-meyvə, qoz-fındıq yox.

XS
SM
MD
LG