Accessibility links

Bir qrup respublikaçı konqresmen Ukraynanın “NATO-plus” ölkəsi elan edilməsini təklif edib


Konqresmen Maykl Makkol

Bir qrup respublikaçı konqresmen Ukraynanın “NATO-üstəgəl” ölkəsi elan edilməsini nəzərdə qanun layihəsini təqdim etmək və Rusiyanı terrorizmi dövlət səviyyəsində himayə etdiyini elan etməyin mümkünlüyünün yoxlanılması təşəbbüsü ilə çıxış etmək niyyətindədir.

“Diplomatiyaya güclü mövqedən yanaşmadıqca uğur qazanmaq şansı azdır” - deyə, qanun layihəsinin əsas sponsoru olan Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində nüfuzlu respublikaçı Maykl Makkol bildirib.

“Vladimir Putin nəzərə almalıdır ki, Konqres Rusiyanın təsir dairəsinin bərpasına dözməyəcək və Ukraynanın, Mərkəzi və Şərqi Avropadakı digər müttəfiqlərimizin və NATO tərəfdaşlarımızdan imtina edilməsinə yol verməyəcək” - deyə, o əlavə edib.

Qanun layihəsi Ukraynanın sərhədləri yaxınlığında Rusiyanın hərbi qücünü artırdığı vaxt ehtiyac duyulan hərbi və diplomatik dəstəyi təmin edəcək.

Sənəddə həmçinin “Şimal axını 2” qaz kəmərinə qarşı layihənin heç vaxt işə düşməməsi məqsədilə dərhal sanksiyalar tətbiq etməklə Rusiya prezidenti Vladimir Putinin aqressiyaya görə məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Qanun layihəsində habelə ABŞ-ın bəzi müdafiə əmtəələri və xidmətlərinin satışına tez bir zamanda baxılmasına icazə verilməsi üçün Ukraynanı "NATO-üstəgəl” ölkəsi kimi müəyyən edilməsi nəzərdə tutulur.

Sənəd Avropada yerüstü orta mənzilli raketlərin yerləşdirilməsinə moratoriumun tətbiqi ilə bağlı Rusiyanın təklifini rədd edir və ABŞ-dan Rusiyanın terrorizmin himayədarı olub-olmadığını rəsmi şəkildə müəyyən etməyi tələb edir.

Bundan əlavə, 2022-ci ildə Rusiyanın keçmiş SSRİ ölkələrində dezinformasiya və informasiya əməliyyatları ilə mübarizə üçün Azad Avropa/AzadlıqRadiosuna 155 milyon dollar ayrılmasını nəzərdə tutur.

Qanun layihəsi Nümayəndələr Palatasının üzvləri Mayk Rocers, Mayk Törner və Elis Stefanik tərəfindən birgə irəli sürülüb.

“Bu qanun layihəsi Ukraynaya ölümcül silah yardımını, xüsusilə ukraynalıların Rusiyanı cilovlamaq üçün zəruri olan zenit və hərbi gəmi əleyhinə silahların tədarükü üçün maliyyəni əhəmiyyətli dərəcədə artıracaq. O həmçinin Putinin NATO-ya üzvlüyünə veto qoyması və orta mənzilli raketlərin Avropada yerləşdirilməsinə moratorium kimi tələblərinin qəbuledilməz olduğunu və ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd olduğunu açıqlayır” - deyə konqresmen Rocers bildirib.

Stefanik qeyd edib ki, “Ukrayna Putin tərəfindən qisasdan qorxmayaraq, öz gələcəyini, o cümlədən iqtisadi və təhlükəsizlik münasibətlərini seçməkdə azad olmalıdır”.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG