Accessibility links

Birgə rəsmi məlumat: Bəzi yerlərdə elektrik bərpa edilib


Bakı metrosu

Bakı metrosunda sərnişinlərin təxliyəsinin başa çatdığı bildirilir.

Bu barədə “ Report”a Bakı Metropoliteni “ ASC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.

Bu arada Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhimdar Cəmiyyəti (ASC) birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır:

“Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncuda 30 faiz , Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz, Nizami rayonunda 10 faiz bərpa olunub.”

Məlumatda qeyd edilir ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib:

“Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcək. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir.

İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir”, məlumatda vurğulanır.

XS
SM
MD
LG