Accessibility links

Birləşmiş Ştatlar BMT-nin İnsan Hüquqları Şurasından çıxdı [Video]


Birləşmiş Ştatlar BMT-nin İnsan Hüquqları Şurasından çıxdı
please wait

No media source currently available

0:00 0:02:26 0:00

ABŞ insan hüquqlarının müdafiəsi işini BMT-dən kənarda davam etdirəcəyini bildirib

Birləşmiş Ştatlar BMT-nin İnsan Hüquqları Şurasının öz hədəflərinə çata bilmədiyini deyərək, təşkilatdan çıxdığını elan edib. Dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Şuranı siyasi qərəzlikdə ittiham edib.

ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasından çıxması təşkilatın Qəzzada İsrail qüvvələri tərəfindən qətllərin təhqiq edilməsinə səvermədən sonraya təsadüf edir. Bu addım həmçinin ABŞ-ın Meksika ilə sərhəddə qeyri-qanuni mühacirlərin uşaqlarının valideynlərindən ayrılmasına görə artan tənqidlərlə qarşılaşdığı vaxt atılır. Amma Tramp administrasiyası şuradan çıxmağı keçən keçən ildən nəzərdə tuturdu.

ABŞ dövlət katibi Mayk Pompeo: “Prezident Trampın BMT Baş Assambleyasında dediyi kimi, bu, BMT üçün utandırıcıdır ki, insan hüquqları sahəsində vəziyyətin çox ağır olduğu bəzi hökumətlər İnsan Hüquqları Şurasında təmsil olunublar.”

Administrasiyanın mühacirətlə bağlı siyasətinə toxunmayan Pompeo deyib ki, Çin, Kuba və Venesuela kimi insan haqlarını pozan üzvləri olan təşkilatlar tərəfindən Birləşmiş Ştatlara dərs verilməməlidir.

“Dünyada humanitar yardımlara başçılıq edən və xidmət orqanlarının üzvlərinin milyonlarla insanı zülmdən və tiraniyadan qurtarmaq üçün həyatını və yaşamını qurban verdiyi Birləşmiş Ştatlar ikiüzlü qurumlardan iradlar qəbul etməyəcək, belə ki, amerikalılar müdafiəsiz insanlara yardım göstərmək üçün fədakarcasına öz qanı və sərvətini qurban verir.”

Səfir Nikki Heyli şuranı İsrailə qarşı onun sözləri ilə “xroniki qərəzlikdə” ittiham edib.

“Bu ilin əvvəli əvvəlki illər olduğu kimi İnsan Hüquqları Şurası İsrailə qarşı beş qətnamə qəbul edib. Bu, şuranın Şimali Koreya, İran və Suriyaya qarşı birlikdə qəbul etdiyi qətnamələrdən daha çoxdur.”

ABŞ-ın nümayəndəsi bildirib ki, şura insan hüquqları deyil, siyasi qərəzə xidmət edir. Onun sözlərinə görə, ABŞ-ın təşkilatda islahat aparmaq səylərinin qarşısı azad olmayan və təhqiq edilmək istəməyən ölkələr tərəfindən alınıb. O, Rusiya, Çin, Kuba və Misirin adlarını çəkib.

“Biz bu addımı ona görə atırıq ki, bizim təəhhüdlərimiz bizə insan hüquqlarını ələ salan ikiüzlü və özünə xidmət edən bir qurumun bir hissəsi olmağımıza imkan vermir.”

Tənqidçilər bildirir ki, ABŞ-ın qurumdan çıxması insan hüquqları sahəsində durumun ağır olduğu ölkələrin şuranın gündəmini yenidən yazmasına və bununla da bütün dünyada insan haqlarının vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Nikki Heyli və Mayk Pompeo bildiriblər ki, Birləşmiş Ştatlar insan hüquqlarının müdafiəsi işini BMT-dən kənarda davam etdirəcək.

XS
SM
MD
LG