Accessibility links

Blinken ASEAN-ın xarici işlər nazirləri ilə görüşlər keçirməyə hazırlaşır


ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Hind-Sakit Okean iqtisadi strategiyasını irəli sürdüyü bir vaxt Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ilə bir sıra görüşlər keçirməyə hazırlaşır.

Dövlət Departamentinin çərşənbə günü yaydığı məlumatda deyilir ki, Blinken dekabrın 9-dan 17-dək Britaniya, İndoneziya, Malayziya, Tailand və Havaya səfər edəcək.

ASEAN üzvləri İlk dəfə olaraq bu həftənin sonunda Britaniyanın Liverpul şəhərində keçiriləcək Böyük Yeddilər-in (G-7) xarici işlər nazirlərinin görüşündə iştirak etməyə dəvət olunur.

Blinkenin gələn həftə Asiya-Sakit Okean Hövzəsi regionuna getməzdən əvvəl G-7 toplantısı zamanı Cənub-Şərqi Asiya blokundan olan bəzi həmkarları ilə görüşməsi planlaşdırılır.

Cakartada Blinken Hind-Sakit Okean regionunun əhəmiyyəti haqqında açıqlamalar verəcək və ABŞ-İndoneziya Strateji Tərəfdaşlığının əhəmiyyətini vurğulayacaq.

ABŞ-ın yüksək səviyyəli diplomatı daha sonra Malayziya və Tailanda səfər edəcək. Orada o, ABŞ-ın bu ölkələrlə əlaqələrinin inkişafı, COVID-19, davamlı təchizat zəncirlərinin qurulması, iqlim böhranı kimi ortaq problemləri müzakirə edəcək.

Dövlət Departamenti bildirdiyinə görə, Blinken səfər etdiyi hər ölkədə “Myanmada getdikcə ağırlaşan böhranı müzakirə edəcək”. Birma kimi də tanınan Myanmada hərbçilər fevral ayında çevriliş edərək, mülki hökuməti devirib və hakimiyyəti ələ keçirib.

XS
SM
MD
LG