Accessibility links

Blinken 4 ərəb ölkəsi ilə sammit üçün İsrailə yola düşüb


Antoni Blinken

ABŞ Dövlət katibi Antonu Blinken şənbə günü İsrailə yola düşür. Orada o, İsrail-Ərəb sammitində iştirak edəcək. Səfər zamanı İranın nüvə razılığı ilə bağlı danışıqların, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin müzakirə olunacağı gözlənilir.

ABŞ Dövlət Departamenti bildirib ki, Blinken bazar günü İsrailin Baş naziri Naftali Bennetlə görüşəcək. Bennet bir aydır davam edən Ukrayna-Rusiya münaqişəsinə son qoymaq üçün vasitəçilik etməyə çalışıb.

İsrailin Xarici İşlər naziri Yair Lapidin ofisi deyib ki, o, bazar və bazar ertəsi günlərində Blinken və Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Misirdən həmkarlarına “tarixi görüş” üçün ev sahibliyi edəcək.

Sammit İstailin cənubunda Sde Boker səhra təsərrüfat kollektivində lüks bir oteldə keçirilicək.

Blinken İran və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı səfər çərçivəsində İordan çayının qərb sahili, Mərakeş və Əlcəzairi ziyarət edəcək

O, Ramallahda fələstinlilərin Prezidenti Mahmud Abbasla görüşəcək. Bu barədə Dövlət Departamenti açıqlamasında bildirib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG