Accessibility links

Blinken Avropada səfərdədir


ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı Ukraynaya qarşı hər hansı bir “eskalasiya addım”-ı atması barədə xəbərdarlıq edərək, “hər bir yeni təcavüzün ciddi nəticələrə səbəb olacağını” bildirib.

Blinken Riqaya səfəri zamanı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçlə birlikdə jurnalistlərə açıqlama verib. O deyib ki, Birləşmiş Ştatlar Rusiya qoşunlarının Ukrayna ilə sərhədə toplanmasından “çox narahatdır”.

Çərşənbə axşamı və çərşənbə günü Riqada NATO nazirlərinin görüşündə Rusiyanın sərhəddə qoşunlarını artırması ilə bağlı narahatlıqlar müzakirə ediləcək. Blinken NATO müttəfiqləri ilə bu barədə məsləhətləşmələrdən sonra mövzu ilə bağlı daha çox məlumat verəcəyini bildirib.

NATO-nun baş katibi Yans Stoltenberq nazirlər səviyyəsində danışıqlardan əvvəl Rusiyanı bölgədəki gərginliyi azaltmağa çağırıb və hərbi addımların "səbəbsiz və izahsız" olduğunu bildirib.

“Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzü baha başa gələcək, Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələrə səbəb olacaq” - deyə, Stoltenberq bazar ertəsi bildirib.

Riqa danışıqları eyni zamanda NATO üzvləri Latviya, Litva və Polşanın qonşu Belarusla sərhəd böhranı yaşadığı bir zamana təsadüf edir.

Avropa İttifaqı (Aİ) Belarus prezidenti Aleksandr Lukaşenkonu Avropa İttifaqında sabitliyi pozmaq üçün əsasən Yaxın Şərqdən olan minlərlə miqrantı Belarusa gəlməyə və ardınca da Latviya, Litva və Polşaya keçməyə sövq etməkdə ittiham edir. Aİ bildirir ki, Lukaşenko, hökumətinə qarşı tətbiq edilən sanksiyalara görə qisas alır.

Blinken çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar Aİ ilə koordinasiyalı şəkildə Belarusa qarşı “demokratiya, insan haqları və beynəlxalq normalara qarşı davam edən hücumlarına” görə əlavə sanksiyalar hazırlayır.

“Belarus rejimi beynəlxalq öhdəliklərinə hörmət etməkdən imtina etdikcə, Avropada sülh və təhlükəsizliyə xələl gətirdikcə, sadəcə olaraq azadlıqda yaşamaq istəyən öz xalqını repressiyaya və təhqir etməyə davam etdikcə, biz rejimə qarşı təzyiq göstərməkdə davam edəcəyik və cavabdehlik çağırışlarımızı azaltmayacağıq” - deyə, Blinken bildirib.

NATO nazirlərinin toplantısında işin digər əsas istiqaməti qrupun sonuncu dəfə on il əvvəl dəyişdirilmiş Strateji Konsepsiya adlandırdığı sənədin yenilənməsidir.

“Dünyanı daha təhlükəli” adlandıran Stoltenberq NATO-nun üzləşdiyi təhdidlərin dəyişmiş xarakterini nəzərə alaraq, strateji sənədə yenidən baxmağın vacibliyini qeyd edib.

"Biz Rusiyanın davranışını, kiber, terror təhlükələrini, nüvə silahlarının yayılmasını görürük" deyən Stoltenberq bildirib ki, biz indi getdikcə daha çox qlobal gücə çevrilən Çinin təhlükəsizliklə bağlı nəticələrini görürük."

Blinkenin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan həmkarları ilə görüşmək və eləcə də ikitərəfli əlaqələri müzakirə etmək üçün çərşənbə günü İsveçə getməsi planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG