ABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə günü ABŞ və Çin arasındakı münasibətlərin əsrin "ən böyük geosiyasi sınağı" olduğunu bəyan edib.
Blinken ilk böyük xarici siyasət nitqini söyləmədən əvvəl verdiyi açıqlamalarda, yeni Bayden administrasiyasının Çinlə əlaqələrini "güc nümayişi mövqeyindən" “idarə edəcəyini” bildirib.
"Bunun üçün diplomatiya və beynəlxalq təşkilatlarla məşğul olmaq lazımdır, çünki geri çəkildiyimiz yeri Çin doldurub" - deyə, Blinkenin Vaşinqtonda Dövlət Departamentində müraciətindən bir neçə saat əvvəl verilən bəyanatda qeyd olunub.
ABŞ-ın ali diplomatı Vaşinqtonun “sabit və açıq beynəlxalq sistemə - dünyanı istədiyimiz kimi işləməyə məcbur edən qaydalar, dəyərlər və münasibətlərə ciddi şəkildə meydan oxuyan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə sahib yeganə ölkə - Çinlə rəqabətə davam edəcəyini, işləyəcəyini və lazım gələrsə, “rəqib ”olacağını” bildirib.
Blinkenin çıxışı Prezident Co Baydenin "diplomatiya ilə liderlik etmək" vədilə qlobal səhnədə "Amerikanın güclü tərəflərini yeniləmək" strategiyasını ortaya qoyur.
Prezidentliyi dövründə Baydenin sələfi Donald Tramp Pekinlə amansız ticarət müharibəsi başlatmış, koronavirusun Çinin Uhan laboratoriyasından sızdığını ciddi şəkildə irəli sürmüş və Çinin mübahisəli Cənubi Çin dənizinə hərbi nəzarətinə meydan oxumuşdu.
Bayden administrasiyasının digər əsas xarici siyasət hədəfləri arasında qlobal koronavirus pandemiyasına qarşı iş aparmaq, daha əhatəli bir qlobal iqtisadiyyat qurmaq və demokratiyaya qarşı artan qlobal təhlükəni aradan qaldırmaq da var.
Müttəfiqlərlə münasibətləri düzəltmək, iqlim dəyişikliyini həll etmək və “yaşıl enerji inqilabı”nı gücləndirmək də texnologiyada liderliyini qorumaq kimi prioritetlər siyahısındadır.
Blinken ötən ay Bayden administrasiyasının İranla dünya gücləri arasında əldə edilmiş nüvə anlaşmasını gücləndirməyə və uzatmağa çalışacaqlarını da bildirmişdi.