Milli Şura gәnc bloger Mehman Hüseynovun mәruz qaldığı anti-insani rәftarı qәtiyyәtlә pislәyir vә bu işin arxasında yüksәk sәviyyәdә siyasi hakimiyyәtin dayandığına şübhә etmәdiyini bildirir. Bu barədə Milli Şuranın bloger Mehman Hüseynovun qanundankənar cəzalandırılması ilə bağlı bəyanatında deyilir.
Bu il yanvarın 9-da bloger Mehman Hüseynov naməlum şəxslər tərəfindən oğurlanıb. Yalnız yanvarın 10-u günortaya doğru vәkili onun Nәsimi polisi tәrәfindәn saxlandığı vә mәhkәmәyә aparılmaq üzrә olduğu haqda mәlumat alıb. Nәsimi rayon Mәhkәmәsi M. Hüseynovu İnzibati Xәtalar Mәcәllәsinin 535.1 maddәsi (polisin tәlәbinә tabe olmamaq) ilә tәqsirli bilәrәk 200 manat cәrimәlәyib.
Mәhkәmәdәn sonra M.Hüseynovun verdiyi açıqlamadan aydın olub ki, onu oğurlayaraq işgәncә vә təhqirә mәruz qoyublar. Ağzını bağlayıb, başına torba keçirәrәk 3 saat bu vәziyyәtdә saxlayıb, döyüb, bәdәninә elektroşok verib, tәhqir ediblər.
Sənəddə bildirlir ki, M.Hüseynov son vaxtlar mәmur-oliqarxların qanunsuz gәlirlәrlә әldә etdiklәri sәrvәtlәri, mal-mülklәri ifşa edәn silsilә çәkilişlәr yaymaqdaydır.
“Bu ifşalar ölkәnin siyasi rәhbәrliyinin, mәmur vә deputat korpusunun necә korrupsiyaya bulaşdığı haqda ictimai tәsәvvürlәri möhkәmlәndirir. Milli Şura hesab edir ki, mәhz bu ifşalara görә M.Hüseynovdan qisas almaq göstәrişi verilib vә onun başına elә müsibәt gәtirilib”.
Milli Şura bәyan edir ki, konkret sifarişçinin kimliyindәn asılı olmayaraq, M.Hüseynovun başına gәtirilәnlәrә görә bilavasitә ölkә başçısı İlham Әliyev mәsuliyyәt daşıyır.
“Mәhz onun yaratdığı cәzasızlıq vә kriminal qaydaların dövlәt idarәçiliyinә sirayәt etmәsi şәraitinin nәticәsindә ölkә vәtәndaşları, hәtta media nümayәndәlәri dә bu cür inzinati vandallıqla üzlәşir. Әgәr hakimiyyәt konkret olaraq M.Hüseynovla bağlı baş verәnlәrә aidiyyatının olmadığını isbatlamaq istәyirsә, onda İlham Әliyev sәviyyәsindә mәsәlәyә münasibәt bildirilmәli, o cinayәtә yol verәnlәr әn qısa zamanda tapılıb cәzalandırılmalıdır”.
Milli Şura bu hadisәni ölkәdә söz azadlığına, azad mediaya, hәqiqi vәtәndaş cәmiyyәtinә qarşı hakimiyyәtin düşmәn münasibәtinin daha bir tәzahürü kimi qiymәtlәndirir.
Milli Şura tәlәb edir ki, bu cinayәrkarcasına hәrәkәtә görә mәsuliyyәt daşıyanların hamısı, kimliklәrindәn asılı olmayaraq, cavab vermәk üçün tәcili şәkildә qanun qarşısına çıxarılsın.