Accessibility links

Maykl Blumberq prezident seçkilərindən namizədliyini geri götürüb


Maykl Blumberq Birləşmiş Ştatlarda prezident seçkilərindən namizədliyini geri götürüb.

Nyu-York şəhərinin keçmiş meri, dünyanın ən zəngin adamlarından biri olan Blumberq yarışlardan çəkildiyini elan etdikdən sonra demokrat namizəd Co Baydenə dəstək verib.

77 yaşlı respublikaçı deyib: "3 ay əvvəl mən yarışlara Donald Trampı məğlub etmək üçün qatıldım. Bu gün də eyni səbəblə yarışlardan çıxıram. Düşündüm ki, qalsam bu məqsədə nail olmaq çətinləşəcək.”

O, çərşənbə axşamı günü keçirilən səsvermədən sonra deyib ki, Trampı məğlub etməyin yolu onun əsas rəqibi ətrafında toplaşmaqdadır.

İlkin nəticələr Baydenin azı 317, Sandersin 238, Blumberqin 12 nümayəndə qazandığını göstərir.

Bu praymerizdən öncə Bayden 3 keçmiş rəqibinin dəstəyini qazanıb. Pet Buticic, Emi, Klobuşar və Beto O’Rurk yarışlardan geri çəkilərək onu dəstəkləyib. O'Rurk Texas, Klobuşar isə Minnesota ştatındandır.

Blumberq reklamlara 300 milyondan çox maliyyə sərf edib. O, martın 3-ü Super Çərşənbə (12 ştatda bir gündə keçirilən praymeri-red.) praymerilərindən öncə daha 300 milyon dollar sərf edib.

Bu, onun 60 milyardlıq sərvətinin yalnız 1 faizindən azını təşkil edib.

XS
SM
MD
LG