BMT Təhlükəsizlik Şurası Avropa Birliyinə Liviya yaxınlığında beynəlxalq sularda insan alverçilərini hədəf alan hərbi əməliyyatlar keçirməyə icazə verib. Əməliyyatların məqsədi çox zaman ölümlə nəticələnin Liviyadan Aralıq Dənizi vasitəsilə Avropaya keçmək istəyən miqrant və qaçqın axınını qarşısını almaqdır.
Avropanın miqrant uşağın adını daşıyan Sofiya əməliyyatı gələn həftənin çərşənbə günü başlayacaq. Təhlükəsizlik Şurasında səsvermə zamanı yalnız Venesuela bu əməliyyatların başlamasına dair mövqeyində bitərəf olduğunu bildirib.
Britaniyanın təklif etdiyi qətnaməyə görə Avropa hərbi dəniz qüvvələri bir müddətində Liviya sahillərindəki beynəlxalq sularda şübhələndikləri istənilən gəmini saxlaya və içərisində axtarış apara bilər.
Onlar habelə kriminal şəbəkələri oxşar addımları atmaqdan çəkindirmək üçün boşaldılmış gəmiləri müsadirə edə bilər.
Qayıq və ya gəmilərdə aşkar edilmiş qaçqın və miqrantlar təhlükəsiz şəkildə Avropaya çatdırılacaq, qaçaqçılar isə cinayət məsuliyyətinə cəlb olunacaq.