Accessibility links

BMT hesabatında Trampın müttəfiqinin Liviyaya silah embarqosunu pozduğu bildirilir


Erik Prins

Özəl təhlükəsizlik kontraktoru və sabiq ABŞ Prezidenti Donald Trampın müttəfiqi Erik Prins Birləşmiş Millətlər Təşkilatının Liviyaya tətbiq etdiyi silah embarqosunu pozub. Bu barədə ABŞ mediası cümə günü BMT təhqiqatçılarının hazırladıqları hesabata istinad edərək xəbər verib.

The New York TimesThe Washington Post-un ələ keçirdiyi Təhlükəsizlik Şurasına ünvanlanan məxfi hesabatda bildirilib ki, Prins 2019-cu ildə BMT-nin dəstəklədiyi Liviya hökumətini devirməyə çalışan Xəlifə Həftara xarici muzdlular və silahlar göndərib.

The New York Times bildirib ki, 80 milyon dollar dəyərində olan bu əməliyyata Həftara qarşı olan, aralarında Avropa ittifaqı vətəndaşlarının da olduğu Liviya komandirlərini tapıb öldürmək üçün qatil komandası yaratmaq planı daxil olub.

ABŞ Hərbi Donanmasının keçmiş xüsusi təyinatlısı və Trampın təhsil naziri Betsi DeVosun qardaşı olan Prins podratçıları 2007-ci ildə Bağdadda silahsız İraq vətəndaşlarını öldürməkdə ittiham olunan özəl təhlükəsizlik şirkəti Blackwater-in başçısı kimi tanınmışdı.

Təqsirli bilinənlərdən dördü ötən il Tramp tərəfindən əfv olundu.

Bu yeni ittihamlar səbəbilə Prinsə BMT-nin mümkün sanksiyaları, o cümlədən səyahət qadağasını tətbiq oluna bilər.

Prins BMT-nin təhqiqtına yardım etməyib və onun müvəkkili The New York Times-ın şərh çağırışına cavab verməyib.

AFP-nin Prinsin idarə heyətinin üzvü və sədr müavini olduğu Honq Konqda qərargahlanan Frontier Services Qrupundan şərh tələbinə də cavab verilməyib.

Neftlə zəngin Liviyada 2011-ci ildə dictator Muəmmar Qəddafinin devrilməsi və daha sonra öldürülməsi ilə nəticələnən NATO-nun dəstəklədiyi üsyandan bəri vətəndaş müharibəsi davam edir.

Ölkə son illərdə ölkə üzərində nəzarət Tripolidə qərargahlanan Milli Akkord Hökuməti ilə ölkənin şərqində qərargahlanan və müharibə cinayətləri itihamları ilə üzləşən Həftarın dəstəklədiyi administrasiya arasında bölünüb.

Tramp 2019-cu ildə prezident ikən Həftarı Liviyada “terrorizmə qarşı mübarizədə”ki roluna görə tərifləmişdi.

Fevralın 5-də İsveçrədə BMT-nin Liviya cəmiyyətinin böyük bir hissəsini təmsil etmək üçün seçdiyi 75 iştirakçıdan ibarət Liviya Siyasi Dialoq Forumunda ölkənin yeni müvəqqəti icraçısı seçilib.

Həftar bu təşəbbüsə dəstəyini vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG