Accessibility links

BMT Zika virusuna vaksin tapılmasına çalışır [Video]


BMT Zika virusuna vaksin tapılmasına çalışır [Video]
please wait

No media source currently available

0:00 0:02:21 0:00

BMT Zika virusuna vaksin tapılmasına çalışır [Video]

Zika səylərinə virusun izlənilməsi, həlinin tapılması və tədqiqat daxildir

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Zika virusunun qarşısını alan peyvənd hazırlananadək Zikadan xilas olmağın yeganə yolu ağcaqanadın dişləməsinə yol verməməkdir. ABŞ, Braziliya və virusun təsirinə məruz qalan başqa ölkələrdən olan səhiyyə rəsmiləri BMT İqtisad və Sosial Şurasına bildirib ki, qlobal səylər virusu izləmək, qarşısını almaq və araşdırma üzərində cəmləşməlidir.

Səhiyyə rəsmiləri Zikanın yeni virus olmadığını bildirir. 1947-ci ildə Uqandada aşkar edilən bu virus 1960-cı illərədək insanlara təsir etməyib. Virusa səbəb olan simptomlar adətən denge və çikunqunya ilə səhv salınır. Ancaq ötən ildən bəri virusa yoluxanların sayının xeyli artması diqqəti bu virusa yönəldib.

"Vəziyyət sürətlə dəyişir. Çox adam bu barədə xəbərdar olduqca, biz Zika barədə demək olar hər gün yeni məlumatlanlar əldə edirik" - deyə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən Patrik Kaçur bildirir.

Zikanın mikrosefaliyaya, başqa sözlə desək körpələrin başlarının anormal şəkildə kiçik olmasına, nevroloji və başqa xəstəliklərə səbəb olub-olmamasını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var. Rəsmilər deyir ki, hələlik onlar səylərini ağcaqanadların azaldılmasına və insanların özlərini necə mühafizə etmələrinə yönəldib.

Haitidən olan nümayəndə heyəti Zikanın yoxsul ölkələrdə faciəvi təsirləri ola biləcəyindən narahatdırlar.

Murad Uahba: "Maliyyə baxımdan bizdə bir qədər fövqəladə vəziyyətdir. Biz quraq mövsümün sonuna yaxınlaşırıq, hələlik virusun o qədər də çox yayılması barədə məlumat almamışıq, ancaq təxmin edirik ki, gələn ay yağışlı mövsümün başlaması ilə Zikaya və ağcaqanad dişləməsi ilə yayılan digər xəstəliklərin daha çox yayılmasının şahidi olacağıq".

Ümumdünya Səhiyyə Təşkilatı proqnozlaşdırır ki, dünya boyu vəziyyəti düzəltmək 53 milyon dollar başa gələcək.

"Tədqiqat və təkmilləşdirilmə sahəsində bizim üzərində işlədiyimiz vəzi istiqamətlər var. Peyvəndin hazırlanması üçün biz hazırda namizəd vaksinlərin təkmilləşdirilməsinə çalışırıq. Vaksinin tam hazırlanması hələ bir neçə ay ala bilər, ancaq iki istehsalçı artıq bu işləri xeyli təkmilləşdirib" - deyə Ümumdünya Səhiyyə Təşkilatından Natela Menabde bildirib.

Artıq vəhşı dişi ağcaqanadlarla mayalanma zamanı zəif yumurtalar istehsal edən geni dəyişdirilmiş erkək ağcaqanadların hazırlanmasına dair tədqiqat işləri başlayıb. Bu, dünya boyu ağcaqanadların sayının xeyli azalmasına kömək edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG