Accessibility links

Boko Haram qrupu tərəfindən daha 60 adam oğurlanıb


Kamerun rəsmiləri bildirib ki, Boko Haram yaraqlıları Nigeriya ilə sərhəddə reyd zamanı uşaqlar daxil olmaqla azı 60 nəfəri oğurlayıb.

Rəsmilərin sözlərinə görə, yaraqlıların qarşısını almağa çalışan bir neçə nəfər öldürülüb, 80 ev isə yandırılıb.

Nigeriyanın şimalında yerləşən Potiskum şəhərində isə avtobus dayanacağında intiharçı bomba hücumu baş verib. Nəticədə azı 25 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti heç kəs üzərinə almasa da, rəsmilər bunun Boko Haram qrupu tərəfindən törədildiyindən şübhələnir.

Hər iki hadisə Çadın Boko Haram islamçı yaraqlı qrupu ilə mübarizə aparmaq üçün Kameruna minlərlə əsgər göndərməsindən sonra baş verib. Afrika ölkələrinin rəsmiləri bildirib ki, yaraqlılar artıq bütün region üçün təhlükəyə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG