Accessibility links

Con Bolton Trampın impiçmenti ilə bağlı ifadə verə bilər


ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton Senatın çağırışı olsa, Trampın impiçmenti ilə bağlı ifadə verəcəyini bildirib.

Bolton Trampın Ağ Evdəki 4 sabiq yardımçısından biridir.

Senatda demokratların lideri Çak Şumer bildirib ki, prezidentin müşavirləri də ifadə verməlidir.

Senatın əksəriyyət lideri, Trampın Ağ Evdəki vəkilləri ilə impiçment strategiyasını əlaqələndirən respublikaçı Mitç Makkonel isə şahidlərin dindirilməsinə dair heç nə deməyib.

"Prezidentin işi o qədər zəifdir ki, adamları and altında onu müdafiə edə bilmir?" - deyə, Şumer sual edib.

Trampın impiçmentini 100 nəfərlik Senatın üçdə iki hissəsi həyata keçirə bilər. Bu isə o deməkdir ki, 20 respublikaçı və 47 demokratın hamısı impiçmentə səs verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG