Britaniyanın baş naziri Bris Conson deyib ki, terrorda ittiham olunan şəxslər həbsxanadan azadlığa buraxılmamalıdır. O, bunu cümə günü London Körpüsündə hücum edən şəxsin ötən il həbs müddəti bitmədən azadlığa buraxılmasına dair xəbərlər yayılndan sonra söyləyib.
Yalançı intihar gödəkçəsi geyinən və əlində bıcaq tutan Usman Xan cümə gündüz saatlarında London Körpüsü yaxınlığında cinayət reabilitasiyası ilə bağlı konfransın keçirildiyi yerə hücum edib.
Kraliça Elizabet başsağlığı göndərib
Bu arada Britaniya kraliçası Elizabet London Körpüsü hücumunda ölənlərin ailələrinə başsağlığı göndərib.Bu barədə şənbə PA Media xəbər verib.
Polis iki nəfərin öldüyünü, bir nəfərin yaralandığını bildirib.