Accessibility links

100-ə yaxın bosniyalı müsəlmanın qətlində əli olan 9 nəfərə qarşı ittiham irəli sürülüb


Prokurorluğun çərşənbə günü açıqladığı bəyanatda deyilir ki, Bosniyanın müharibə cinayətləri üzrə prokuroru 1992-95-ci illər müharibəsi başlayanda yeddi ailə daxil olmaqla, 100-ə yaxın bosniyalı müsəlmanın qətlində əli olan doqquz bosniyalı serbə qarşı ittiham irəli sürüb.

Pravoslav serblər, katolik xorvatlar və müsəlman bosniyalılar arasında 100 minə yaxın insanın öldüyü müharibənin bitməsindən 26 il keçməsinə baxmayaraq, Bosniya hələ də itkin düşən insanları axtarır və cinayətkarların məsuliyyətə cəlb olunmasını istəyir.

Eyni zamanda bu Balkan ölkəsi müharibədən sonrakı ən ağır siyasi böhranını yaşayır. Belə ki, serb liderlərinin Bosniyanın milli institutları, o cümlədən birgə silahlı qüvvələrdən çıxmaq təhdidi bosniyalıların yeni münaqişə qorxusunu artırır.

Müharibə zamanı Bosniya serbləri ordusunun keçmiş üzvləri və komandirləri olan doqquz nəfər Bosniyanın cənub-şərqindəki Nevesinye şəhəri və ətrafındakı bölgələrdə qadın, qoca və uşaqlar da daxil olmaqla, onlarla mülki bosniyalını öldürməkdə ittiham olunur.

Prokurorluğun məlumatına görə, 1992-ci ilin yayında həlak olanlar arasında 7 ailə də olub. Məlumatda 49 nəfərin cəsədinin tapıldığı, 47 nəfərin taleyinin hələ də məlum olmadığı bildirilib.

İşin davam etməsi üçün Bosniyanın Ali Məhkəməsi ittiham aktını təsdiqləməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG