ABŞ rəsmiləri üç şəxsə qarşı Bostonda marafon zamanı insan ölümülə nəticələnmiş bomba hücumlarının təhqiqatına maneə olmaq ittihamı irəli sürüb.
Rəsmilər Birləşmiş Ştatların Dartmut şəhərində Tsarnayevin də daxil olduğu Massaçusets Universitetində təhsil almaq üçün ABŞ-a gələn iki Qazaxıstan vətəndaşı və amerikalıya qarşı ittiham irəli sürüldüyünü bildirib. Onlar aprelin 15-də üç nəfərin ölümü, 130 adamın yaralanması ilə nəticələnmiş bomba hücumlarından sonra Tsarnayevə kömək etməkdə günahlandırılır.
Rəsmilər Qazaxıstan vətəndaşlarının Dayaz Kadirbəyov və Əzəmət Tajayakov olduğunu və onların Tsarnayevə məxsus olan notbuk və partlayıcı maddələrin yerləşdirildiyi çantanı məhv etməklə təhqiqatın gedişinə maneə törətdiklərini bildirir. ABŞ rəsmilərinin bildirdiyinə görə, çanta və oradakı partlayıcı maddələr zibillikdə aşkar edilib.
Amerikalı Robel Filippos bomba hücumları ilə əlaqədar aparılan istintaq zamanı yalan söyləmək ittihamı ilə üzləşib.
İttiham edilən şəxslərin hamısının 19 yaşı var. Onlar günahkar tanınsa ömürlük həbs cəzası, ya da böyük cərimələr ala bilər.
Qazaxıstan vətəndaşları olan Dayaz Kadirbəyov və Əzəmət Tajayakov tələbə vizalarının müddətinin bitməsi ilə əlaqədar bir həftə bundan əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı.