Accessibility links

Braziliyada həbsxanada üsyan baş verib


Braziliyanın şimal-qərbi Amazonas ştatında yerləşən həbsxanada baş verən üsyan nəticəsində azı 60 nəfər ölüb. Rəsmilər ölənlərin sayının daha artıq ola biləcəyini deyir.

Onların bildirdiyinə görə, üsyan bazar günü Manausdakı Anision Jobim Cəzaçəkmə Müəssisəsində baş verib. Yerli xəbər agentliklərinin məlumatına əsasən, rəqib narkotik bandaları arasında müharibənin səbəb olduğu üsyan zamanı həbsxana divarından başsız bədənlər atılıb.

Ştatın təhlükəsizlik idarəsinin rəisi Sercio Fontes deyir ki, xaos nəticəsində bəzi məhbuslar qaçıb. Bu, son illərdə ən çox ölümlə nəticələnən üsyandır.

Human Rights Watch kimi beynəlxalq təşkilatlar Braziliyanı həbsxana sisteminə görə tənqid edib, çünki orada basırıq şərait illərdir ölümlə nəticələnən üsyanlara səbəb olur.

İnsan haqları qrupu məhbusların zorakılıq və qanqster qruplarına cəlb olunmaq təhlükəsinə açıq olduqlarını bildirir və dövlət tərəfindən həbsxanalara adekvat nəzarətin olmamasını göstərir. Dolu kameralar Latın Amerikası ölkələrində həbsxanalarda ümumi problemdir.

XS
SM
MD
LG