Accessibility links

Braziliya prezidenti Zİka virusuna qarşı mübarizəyə çağırıb


Braziliya prezidenti bu gün vətəndaşları minlərlə insanın həyatına mənfi təsir göstərmiş Zİka virusuna qarşı mübarizəyə qoşulmağa çağırıb.

“Mən sizdən bütün işçilərinizi, sizinlə birgə çalışan həmkarlar ittifaqını, kilsədə bütün dostlarınızı, işdə bütün əməkdaşlarınızı, məktəbdə bütün şagird yoldaşlarınızı, ailə üzvləri və qonşularınızı səfərbər etməyə çağırıram.”

Həkimlər ağcaqanadların yaydığı infeksiyanın hamilə qadınların bətnlərindəki körpəyə keçirə biləcəklərinə inanır. Bəzi hallarda bu, körpələrin kiçik baş və kiçik beyinlə doğulmasına səbəb olur.

Braziliya Zika virusunun episentri hesab edilir.

XS
SM
MD
LG