Accessibility links

Braziliyanın növbəti prezidenti solçu ola bilər


Fernando Haddad
Fernando Haddad

Braziliyada solyönümlü prezidentliyə namizəd Fernando Haddadın bazar günü keçiriləcək seçkilərdə rəqibi Sosial Liberal partiyasından olan Jair Bolsonaroya qalib gələcəyi təxmin edilir.

Çərşənbə axşamı Rio-de-Janeyroda keçirilən mitinqdə danışan Haddad yeni səsvermə sorğularına istinad edərək bildirib ki, o, rəqibi ilə müqayisədə daha böyük dəstək əldə edib.

İşçi Partiyasının prezidentliyə namizədi olan Haddad bazar günü seçkilərindən öncə rəqibi, yeddi dəfə konqresmen kimi xidmət göstərmiş 63 yaşlı keçmiş ordu kapitanı Bolsonaro ilə debat keçirilməsini tələb edir. Onun sözlərinə görə, seçicilər namizədlərin ideyaları ilə tanış olub, onları müqayisə edə bilməaə, Braziliya demokratiyası bundan zərər görəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG