Accessibility links

ABŞ hərbi kompyuterlərinə müdaxilə edən britaniyalı həbs olunub


ABŞ-ın hərbi və mülki kompüter sistemlərinə xaker hücumu etməkdə ittiham olunan Britaniya vətəndaşı zaminə buraxılıb. Baş verənlər həssas məlumatların təhlükəsizliyini qorumağın nə dərəcədə çətin olduğunu göstərir. Məsələni mürəkkəbləşdirən amil Avropanın ABŞ kəşfiyyat agentlərinin milyonlarla email və telefon danışıqlarını izləməsinin üzə çıxmasına qarşı qəzəb dalğasıdır.

İngiltərənin şərqində yerləşən qəsəbənin 28 yaşlı sakini ABŞ və Britaniyada kiber cinayətlərdə ittiham edilir. İddiaya görə o, son bir il ərzində İsveç və Avstrya hakerləri ilə birgə dəfələrlə ABŞ Hərbi, Müdafiə Nazirliyi, Ətraf Mühiti Qoruma Agentliyi və NASA Fəza Agentlikləri daxil olmaqla ABŞ təşkilatlarının kompüter sistemlərinə müdaxilə edib.

Britaniyalı Lauri Love ABŞ ordu üzvlərinin şəxsi məlumatlarını, büdcə sənədlərini, hərbi obyektləri bağlamaq barədə planların detallarını və müqavilə məlumatlarını oğurlamaqda ittiham olunur. Xakerlərin oğurladıqları məlumatlarla nə etdiklərinə dair heç bir məlumat yoxdur.

London Universitetinin kiber təhlükəsizliyi üzrə professoru Tom Çen bildirir ki, bu kimi müdaxilələr daha həll olunmamış uzun zaman davam edən problemdir.

"Sistemlərdə hər zaman yeni boşluqlar olur və bu sistemlər daim təqib olunur, əsasən də hərbi və hökümət sistemləri. Bu davam edən problemdir çünki proqramlar mürəkkəbdir. Bu boşluqları vaxtında tapmaq imkansızdır."

Çen deyir ki, xakerləri tapmaq çətindir çünki internet onların şəxsiyətlərini və yerləni gizlətməsini asanlaşdırır. Bu cinayət işində xaker internetdə -chat- otağında lovğalanan vaxt tutulub. İttihamçılar onun yazdıqlarını dərc ediblər. O, ABŞ dövlət işçilərinin və podratçılarının şəxsiyyət məlumatlarını oğurlamağı bacardığını deyib.

Onu 10 il həbs cəzası və əgər Birləşmiş Ştatlarda məhkum olunarsa böyük cərimələr gözləyir. Ancaq buna görə onun ekstradisiyası tələb olunur. Bəzi təhlilçilər hazırda bunun çətin olduğunu deyir. Səbəb olaraq onlar ABŞ hökümətinin Avropada miliyonlarla email və telefon danışıqlarını izləməsini göstərirlər.

Ancaq professor Çen deyir ki, bu kimi müdaxilə casusluqla bir tutula bilməz. Hökümətlər fərqli davranacaqlar.

"Başqa hökümətlər hörmət göstərməlidir çünki təsəvvür edin xaker Böyük Britaniya və ya hər hansı ölkənin internet səhifələrinə müdaxilə edir. Bu bütün hökümətlər üçün böyük problemdir və düşünürəm ki onlar bir birlərinə hörmətlə yanaşacaq."

Britanya oxşar maddə ilə ittiham olunan başqa adamın ABŞ-a ekstradasiyasına bir il əvvəl qadağa qoyub. Ancaq ekspertlər həmin hadisənin əlahiddə olduğunu deyir. Belə ki, o adamda Asperger Sindromu aşkar edilmişdi.

Onlar indi baş verən hadisənin ABŞ təşkilatlarına və dövlət məlumatlarına daha çox təsiri olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG