Accessibility links

Britaniya rəsmiləri COP26-nın nəticələrinə bir o qədər də nikbin baxmır


Aylardır Britaniyanın Baş naziri Boris Conson və köməkçiləri Qlazqoda ev sahibliyi edəcəkləri 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP26 olaraq da bilinən zirvə toplantısından gözləntiləri çox idi. Lakin iki həftəlik toplanışa gedərkən onlar daha az inamlı görünürdü.

Şənbə günü Romada Böyük İyirmilər-in (G-20) sammitində Conson həqiqətən qlobal istiləşmənin qarşısını almağa qadir olan COP26-dan çıxan kifayət qədər böyük bir razılaşmanın şansının 50-50-dən çox olmadığını deyib.

İqlim dəyişikliyi ilə bağlı kritik danışıqların bazar ertəsi açılış mərasimində Conson 200-ə yaxın ölkədən olan həmkarlarına bəşəriyyətin “iqlim dəyişikliyi ilə bağlı vaxtı çoxdan bitib” deyib və "Əgər bu gün iqlim dəyişikliyi ilə ciddi məşğul olmasaq, sabah uşaqlarımızın bunu etməsi üçün çox gec olacaq" deyə, xəbərdarlıq edib.

Daha əvvəl onun xarici işlər naziri Liz Trass dünya liderlərindən lazım olan hərəkəti görəcəyinə əmin olmadığını deyib. Onun sözlərinə görə, bu, "toxun və get"dir və o, deyib ki, qarşıdan gələn günlər liderlər arasında "həqiqətən gərgin danışıqlar" olacaq. "Bu sammit liderlərdən hesab soruşmaq üçün böyük bir fürsətdir" - deyə, o əlavə edib.

Bir neçə ay əvvəl təbiətcə nikbin olan Conson COP26-nın perspektivləri haqqında daha ümidli göründü və Britaniyanın "iqlim dəyişikliyi ilə bağlı iddialı qlobal tədbirləri gücləndirmək üçün" COP26-ya sədrlikdən necə istifadə edəcəyi barədə yüngüllüklə danışırdı. Lakin Britaniya nazirləri və rəsmiləri indi ev sahibi kimi Britaniyanın COP26-da iqlim dəyişikliyinin qarşısının alınması yolunda kifayət qədər adekvat razılaşmaları təmin edə biləcəyindən əmin olmadıqlarını etiraf edirlər.

COP21-də imzalanmış iqlim dəyişikliyi üzrə Paris Sazişinə əsasən ölkələr istiləşməni sənayedən əvvəlki səviyyədən iki dərəcə və ideal olaraq 1,5-lə məhdudlaşdırmaq zərurəti barədə razılığa gəlib. Bu onları öz fəaliyyət planlarını hazırlamaq və hər beş ildən bir nəzərdən keçirmək məcburiyyətində qoyur.

Qlazqoda sammitində onların fəaliyyət planları rəsmi şəkildə nəzərdən keçiriləcək və onların nə qədər uğurlu olduğu qiymətləndiriləcək.

Britaniya rəsmilərinin bildirdiyinə görə, şübhəsiz ki, ölkələr arasında öhdəliklərindən və məqsədlərindən çox geri qalanlar var və bunu da COP26 ərəfəsində Consonun əhvali-ruhiyyəsində görmək olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG