Karl Lagerfild və Gianni Versace kimi dizaynerlərin yüksək səviyyəli aristokrat modeli Stella Tennantın 50 yaşında qəflətən vəfat etdiyi bildirilib.
Hersoq nəvəsi olan Tennant 1990-cı illərdə Versace, Alexandr McQueen və digər dizaynerlərin podiumunda şöhrət qazanmışdı.
"Dekabrın 22-də Stella Tennantın ani ölümü barədə xəbəri böyük kədərlə elan edirik. Stella çox gözəl bir qadın və hamımıza ilham verən bir insan idi. Biz onun üçün çox darıxacağıq" - deyə, ailəsi bildirib.
Stella Tennantın ailəsi məxfilik istəyib və anım mərasiminin tarixini daha sonra açıqlanacağını deyib. Modelin ölüm səbəbi açıqlanmayıb.
Şotlandiya polisi çərşənbə axşamı Duns şəhərində 50 yaşlarındakı bir qadının qəfil ölümü ilə bağlı bir ünvana çağrıldığın, lakin heç bir şübhəli halın qeydə alınmadığını bildirib.
Britaniyanın 1990-cı illərin məşhur modeli Stella Tennant 11-ci Devonşir hersoqu Endreyu Kavendiş və onun qeyri-ənənəvi kübar bir ailədən olan həyat yoldaşı Debora Mitfordun nəvəsi idi.