Accessibility links

Britaniyada parlament seçkiləri keçirilir


İki əsas partiyanın koalisiya yaradacağı proqnozlaşdırılır

Bu gün keçirilən parlament seçkilərində britaniyalılar növbəti baş naziri və parlament üzvlərini seçirlər. Rəy sorğularının nəticələri təxminlərin çətin olduğunu göstərir.

Sorğular baş nazir Devid Kameronun Mühafizəkarlar Partiyasının Ed Milibandın ana müxalifət Leyboristlər partiyasından bir qədər irəlidə olduğunu göstərir.

Sorğular seçki nəticələrinin Britaniyanın iki əsas siyasi partiyasının koalisiya yaratmasına gətirib çıxara biləcəyini proqnozlaşdırır. Digər kiçik partiyaların isə 650 üzvlük Aşağı Palatasında az sayda yerləri qazanacığı təxmin olunur.

Kameron yenidən seçildiyi təqdirdə Britaniyanın 28 üzvlük Avropa İttifaqından ayrılıb-ayrılmayacağını təyin etmək üçün referendum keçirəcəyini vəd edib.

Bundan əlavə ötən il Şotlandiyanın Britaniyadan ayrılmaq əleyhinə səs verməsinə baxmayaraq, Şotlandiyanın müstəqilliyi əsas məsələlərdən biri olaraq qalır.

Təhlilçilər bu səsverməni Britaniyada keçirilən ən əhəmiyyətli və təxminedilməz seçki adlandırır.

XS
SM
MD
LG