Accessibility links

Britaniyanın Brexit katibi Dominik Raab istefa verib


도미니크 랍 영국 브렉시트부 장관이 14일 런던 다우닝 스트리트를 떠나고 있다.
도미니크 랍 영국 브렉시트부 장관이 14일 런던 다우닝 스트리트를 떠나고 있다.

Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı parlamenti razı salmaq kimi cətin bir vəziyyətdə olan Britaniyanın baş naziri Tereza Mey bir daha kəskin mövqedən çıxış edib.

Baş nazir saziş layihəsini parlamentdə müdafiə edərək deyib ki, o, “düzgün, Lakin asan olmayan qərarlar” verib.

Britaniya hökumətinin bir neçə naziri Avropa İttifaqı ilə əldə edilən Brexit razılaşması layihəsinə etiraz olaraq istefa verib.

Brexitin istefa verən katibi Dominik Raab etirazını bildiridiyi bəyanatını açıqlayıb.

Raab əsasən Britaniyanın Şimali İrlandiya və Aİ-nın üzvü İrlandiya ilə gömrük birliyinin əleyhinədir.

Hökumətin iki naziri və daha üç aşağı rütbəli nazir noyabrın 15-də istefaya getdiyini açıqlayıb.

Avropa Birliyinin prezidenti Donald Task noyabrın 25-də qurum liderlərinin sammitini keçirməyə çağırıb.

Məqsəd bir neçə aydır davam edən danışıqlardan sonra Britaniya hökumətilə əldə olunmuş Brexit razılaşmasının layihəsini təsdiqləməkdir.

Raabın istefasından sonra Britaniya funtu çiddi şəkildə dəyər itirib.

XS
SM
MD
LG