Accessibility links

Britaniyanın Brexit-dən sonrakı rolu nə olacaq? [Video]


Britaniyanın Brexit-dən sonrakı rolu nə olacaq?
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Britaniyanın Avropa İttifaqından ayrılığı yaxınlaşdıqca, ölkə dünya səhnəsində özünə yeni rol yaratmağa çalışır. Bir çox təhlilçi deyir ki, Britaniya öz nüfuzunu qoruyub saxlamaqda çətinlik çəkə bilər, çünki digər dünya qüdrətləri Birləşmiş Millətlər Təşkilatı kimi qlobal qurumlarda daha çox təmsil olunmaq istəyir. Lakin Britaniya höküməti Avropadan başqa yerlərdə də qlobal ittifaqlar qurmaqda israr edir.

Hazırdakı güc oyunu 1945-ci illə müqayisədə çox fərqlidir. Biz BMT Təhlükəlsizlik Şurasının artıq bu formada davam edə bilib-bilməyəcəyi barədə düşünməliyik.
Lük MakDonah

Britaniyanın xarici işlər naziri ölkəsinin dünya səhnəsindəki rolunu təsvir etmək üçün Britaniyanın gözlənildiyindən daha yüksək yerlərə gəldiyini deyir. Amma indi belə görünür ki, Britaniya artıq bu gücünü itirir.

“Avropa İttifaqından ayrılmaq Birləşmiş Krallığı artıq böyük iqtisadi blokların mövcud olduğu və getdikcə qütbləşən dünyada orta-miqyaslı iqtisadiyyat olaraq görülməsinə gətirib çıxarır. Bu böyük iqtisadi bloklar Birləşmiş Ştatlar, Çin və Avropa İttifaqıdır. Önümüzdəki əsrdə Hindistan da bu siyahıya daxil olacaq. Bundan əlavə Cənubi Amerika və Afrika da inkişaf edəcək. O zaman Britaniyanın siyahıdakı yeri nə olacaq,” deyə London Şəhər Universitetindən Lük MakDonah bildirir.

MakDonah deyir ki, Britaniyanın nüfuzunun azalmasına işarə noyabrda Beynəlxalq Ədalət Məhkəməsindəki hakiminin yerini itirməsi oldu. Birləşmiş Millətlər Təşklatında apardığı uzun mübarizədən sonra London öz namizədini geri çəkdi. Məhkəmənin 1946-cı ildə yaranmasından bəri Britaniyanın tutduğu yerə hindistanlı hakim təyin olundu.

“Hazırdakı güc oyunu 1945-ci illə müqayisədə çox fərqlidir. Biz BMT Təhlükəlsizlik Şurasının artıq bu formada davam edə bilib-bilməyəcəyi barədə düşünməliyik,” o deyir.

Lakin bir çox təhlilçi deyir ki, Britaniyanın yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasındakı daimi yerini itirmək ehtimalı çox azdır.

Brexit əleyhinə nümayiş
Brexit əleyhinə nümayiş

“Birləşmiş Ştatlar və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasındakı böyük qüdrətlər yaxın gələcəkdə qurumda hər hansı ciddi islahatların aparılmasını istəmir,” deyə Avropa Xaciri Əlaqələr Şurasından Riçard Qovan söyləyir.

Britaniya təkid edir ki, onların Brexit-dən sonrakı hədəfi “Qlobal Britaniya” yaratmaqdır.

“Bir tərəfdən Britaniya Avropa İttifaqına daha az diqqət yetirəcəyi üçün, BMT məsələlərinə daha çox investisiya edəcək. Digər tərəfdən isə digər 27 Avropa İttifaqı ölkəsinin dəstəyi olmadan, Britaniyanın BMT vasitəsilə humanitar məsələlər, inkişaf və ya təhlükəsizlik baradə müzakirələrə təsir göstərməsi çətinləşəcək,” deyə Qovan bildirir.

Əgər britaniyalıların amerikalılara yaxınlaşdığını görsələr, britanilayılalır sürətli şəkildə Avropa tərəfdaşlarının rəğbətini itirəcək.
Riçard Qovan

Bunun bir nümunəsi iyun ayında bir çox Aİ ölkəsinin Britaniyanın Hindistan Okeanında Çaqos Adalarına iddiasını dəstəkləməməsi oldu.

Qovan deyir ki, Britaniya Avropanı özünə yaxın tutmalıdır.

“Əgər britaniyalıların amerikalılara yaxınlaşdığını görsələr, britanilayılalır sürətli şəkildə Avropa tərəfdaşlarının rəğbətini itirəcək,” o söyləyir.

Təhlilçilər deyir ki, Britaniya dünya səhnəsində özünə yeni rol axtararkən yeni ittifaqlar yaratmalı, lakin bunu edərkən köhnə dostları özünə yaxın tutmalı və daxili təşvişin qarşısını almalıdır.

XS
SM
MD
LG