Çinin Şimal-qərbindəki süni gölün torpaq sürüşməsinin qurbanlarına yeni fəlakət gətirəcəyindən ehtiyat edən xilas dəsdələri gölün qurudulması barədə məsələ qaldırıb. Seysmoluqlar növbəti üç gün ərzində daha çox yağış yağacağını ehtimal edir. Bu halda Baylonq çayı bəndini aşa bilər. Çin rəsmiləri bildirib ki, şimal-qərbi Çində dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı bu gün 702-yə çatıb. 1000-dən çox insan itkin düşüb. Xilas dəsdələri palçığı qazmaqda davam edirlər. Bəziləri əlləri ilə palçığı qazaraq şənbə günü axşam və bazar günü səhər insanların yatan vaxtı ucqar regionda torpaq sürüşməsi nəticəsində sağ qalanları axtarmağa davam edirlər. Fəlakətli palçıq sürüşməsindən 50 saat sonra xilas dəsdələri 52 yaşlı kişini dağıntlar altından çıxararıblar. Xilaskarlar 74 yaşlı qadını dünən dörd mərtəbəli binadan sağ çıxarmışdılar. Lakin daha çox insanı xilas etmək ümidləri azalır. Xilas dəsdələri dünən onlarla cəsədi qatı palçığın altından çıxarıblar. Güclü yağışların səbəb olduğu torpaq sürüşməsi tonlarla palçıq və qayanı dik təpəliklərdən uçurub. Qansu vilayətinin Zoqu rayonundakı bəzi kəndlərin tamamı bütövlükdə torpağın altında qalıb. Hökumət bildirib ki, 1042 nəfər itkin düşüb və 45 000 nəfər evlərindən evokuasiya edilib. Onların əksəriyyəti Tibet çobanları və fermerlərdir.
Şimal-qərbi Çində xilaskarlar bellərdən istifadə edərək onlarla cəsədi qatı palçıqdan çıxarıblar