Accessibility links

İspaniya banklarına yardımdan sonra səhm birjalarında qiymətlər artıb


İnvestorlar Asiya və Avropa boyu avrozonaya daxil ölkələr əlacsız İspaniya banklarını xilas etmək üçün 125 milyard dollar ayırdıqdan sonra səhm birjalarında qiymətləri artırıb.

Britaniya, Almaniya və Fransada səhmlər bu gün səhər 2 faiz artıb. İspaniyada isə maliyə səhmləri dörd faizədək artıb. Yaponiyanın Nikkei indeksi 2 faizə çatıb. Honq Konqun Hang Seng səhmləri 2.4 faiz artıma nail olub. Analitiklər şənbə günü əldə edilmiş xilas razılığının İspaniya banklarına kömək etmək üçün mühüm addım olduğunu, lakin bunun ölkənin bütövlükdə iqtisadiyyatı üçün həlledici rol oynamayacağını deyib. İnvestorların rahatlanmaları qısamüddətli ola bilər. Belə ki, Yunanıstan gələn bazar günü parlament seçkilərinə hazırlaşır. Bundan başqa Yunanıstanda yeni hökumətin ciddi iqtisadi ölçülərlə üzləşməkdənsə, avro valyutasını tərk etməyə hazırlaşması başqa ölkələr tərəfindən tələb oluna bilər.

XS
SM
MD
LG