Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyata zərər vuran böhranın qarşısını almaq üçün ölkə liderlərini cəld və cəsarətli işlər görməyə çağırır. BVF-in rəhbəri Kristin Laqard bu gün dünyanın aparıcı ölkələrinin iqtisadi rəsmilərinin iştirakı ilə keçiriləcək toplantıdan əvvəl deyib ki, mərkəzi bank faizləri aşağı səviyyədə saxlamalı və artıma təkan vermək üçün əlavə səyləri davam etməlidir, belə ki, böhran riski inflyasiya riskini üstələyir. İqtisadçılar deyir ki, təkan səylərinin həddini aşması qiymətlərin artmasına səbəb olacaq ki, bu da əmək haqlarının artırılması tələbləri ilə nəticələnəcək.
BVF böhranın qarşısını almaq üçün ölkə liderlərini cəld və cəsarətli işlər görməyə çağırır
- Amerikanın səsi