Accessibility links

Cənubi Koreya COVİD-19-un ikinci dalğası barədə xəbərdarlıq yayıb


Seul bölgəsində yoluxmanın yenidən artmasından sonra Cənubi Koreyanın səhiyyə rəsmiləri ölkədə COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün tədbirlər görülməli olduğu barədə xəbərdarlıq edib.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi cümə axşamı 45 yeni yoluxma halının olduğunu bildirib. Yeni halların əksəriyyəti səhiyyə orqanlarının yoluxmaları izləməyə çalışdıları paytaxt Seulda baş verib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Conq Yon-Kyon çərşənbə günü keçirilən brifinqdə deyib ki, Seulda son zamanlar yoluxmalar ardıcıl olaraq zəncirvari şəkildə yayılır və bunun qarşısı alınmadığı təqdirdə kütləvi yayılmanın dayandırmaq mümkün olmayacaq. O, zəncirvari yoluxmaların məhdudiyyətlər yüngülləşdirilməyə başladıqdan sonra yarandığını deyib.

Kövrək iqtisadiyyata zərər veriləcəyindən narahat olan hökümət rəsmiləri sosial məsafə kimi güclü tədbirlərin bir daha geri qaytarılmasına qarşı çıxır.

Lakin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi insanların fəaliyyətlərini artırdıqları və sosial məsafəni azaltdıqları üçün tez və gözlənilməz şəkildə yayılan virusun qarşısının alınmasının mümkün olmayacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG