Accessibility links

Azərbaycan realist aktyor məktəbinin banisi, Azərbaycan Milli Teatrının ilk peşəkar aktyoru Cahangir Zeynalovun həyat yolu


Cahangir Zeynalov
Cahangir Zeynalov

Azərbaycan Respublikasının xalq artısti, Adana Universitetinin professoru Cahangir Novruzovla müsahibə

Azərbaycan realist aktyor məktəbinin banisi, Azərbaycan Milli Teatrının ilk peşəkar aktyoru Cahangir Zeynalovun həyat yolu
please wait

No media source currently available

0:00 0:18:39 0:00

Azərbaycan Respublikasının xalq artısti, Adana Universitetinin professoru Cahangir Novruzov Azərbaycan Milli Teatrının ilk peşəkar aktyorlarından biri, milli səhnə sənətimizin inkişafında böyük rol oynayan, Azərbaycan realist aktyor məktəbinin banisi, babası Cahangir Zeynalovun həyat yolundan danışdı.

Cahangir Novruzov XIX əsrin axırı, XX əsrin əvvəlində yaşamış bir çox ziyalı kimi Cahangir Zeynalovun da Azərbaycan mədəniyyətinin, Azərbaycan millətinin maarifləşməsinə, millətin gözünün açılmasında böyük rolu olan ziyalılardan olduğunu dedi.

O, vaxtilə babasına aid olan sənədlərin yeddi yaşlı anasının gözü qarşısında yandırıldığına görə, onun harada, hansı məktəblərdə təhsil aldığının məlum olmadığını, lakin onun beş dil bildiyini dedi. Cahangir müəllimin dediyinə görə, Cahangir Zeynalovu tanıyan insanlar, onun tələbələri, o vaxtın gənc aktyorları onun evində təşkil etdiyi məşqlərdə, onun teatr çalışmalarında iştirak edib.

Ən maraqlı görüşü isə Hacı Məmməd Qafqazlı ilə olub. "Bir gün tamaşadan sonra Azərbaycan Dram Teatrından çıxanda o mənə sonradan Şahmat Məktəbi binasının yerində Cahangir Zeynalovun evi olduğunu, həmin evə tez-tez getdiyini, onun məşqlərində, dərslərində iştirak etdiyini, onun teatr məsləyini gənc aktyorlara sevdirdiyi dedi."

Cahangir Novruzov babası çox zəngin olduğu üçün Sovet hakimiyyəti dövründə teatr sahəsində, Azərbaycan xalqının mariflənməsində gördüyü işlərə baxmayaraq, Sovet Teatr Ensiklopediyasında onun adı Realist Teatr Məktəbinin banisi kimi çəkildiyini bildirdi.

O, Cahangir Zeynalovun Azərbaycanın ilk profesional teatrının təməlini qoyan, öz hesabına Azərbaycan, türk dünyası, hətta İslam tatixində ilk Ev Teatrını yaradan və ilk teatr araşdırmaçısı olduğunu dedi.

Cahangir Novruzon babası Cahangir Zeynalovun oynadığı rollardan, teatra verdiyi töhfələrdən də söz açdı. O, eləcə də babasının yetimlərin təhsil aldığı "Əncuman" məktəbinə hər il maliyyə yardımı göstərdiyini də dedi. O, Cahangir Zeynalovun yalnız teatr sahəsində deyil, imkansızlara, kasıblara da maddi və mənəvi dəstək olduğunu bildirdi.

Forum

XS
SM
MD
LG